Təhsil Nazirliyi: '30 məktəbə yeni direktor təyin edilib
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin birinci mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib.
Müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib.
Adaptasiya proqramı çərçivəsində "Məktəb idarəçiliyinin ümumi əsasları", "Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu", "Strateji və operativ planlaşdırma", "Məktəbdə öyrədici mühitin yaradılması", "Məktəbdaxili monitorinq sistemi", "Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması" və s. mövzularda təlimlər keçirilib. Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar.
Qeyd edək ki, tezliklə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 36 baldan daha çox olan namizədlər dəvət olunacaq.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR