Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradıldı

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradıldıTəhsildə Keyfiyyət Təminatı Agentliyi yaradıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Fərmanla Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi təsdiq edilib. Təhsil Nazirliyinə "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli, Nazirlər Kabinetinə isə dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görmək, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Təhsil Nazirliyi Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli, Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etməlidir. /oxu.az

Siyasi       Tarix: 29 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb. Əks halda

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az xəbər az cəbhədən son məlumat meherremlik 2026