Teleaparıcı baş redaktoru biabır etdi: Mənə əxlaqsız təkliflər edirdi
Türkiyənin "Habertürk" telekanalının keçmiş xəbər aparıcısı Nur Köşker kanalın keçmiş baş redaktoru Mehmet Akif Ersoy haqqında diqqətçəkən açıqlamalar verib.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, spiker kanalda çalışdığı dövrdə Mehmet Akif Ersoy tərəfindən təcavüzə məruz qaldığını iddia edib.
"Karyeramın zirvədə olduğu bir vaxtda istefa vermək məcburiyyətində qaldım. Daha sonra ölkəni tərk etdim. Həmin adama görə qitə dəyişdim"-, deyə spiker vurğulayıb.
Aparıcı qeyd edib ki, baş redaktor ona əxlaqsız təkliflər edib:
"Mənim evli olduğum dövrdən başlayan və çox uzun müddət davam edən bir təcavüz prosesi var idi. Məsələn, liftin qapısını tutub hansısa hərəkətlər, davranışlar və s. edirdi. Sonra atdığı mənasız mesajlar var idi: "Səhər bülletenində LED-in qabağına keç. Ayaqlarını görüm. Masanın arxasına gizlədiblər" və sair. Belə bir baş redaktor ola bilərmi, ya? Sonra o ən əsas, bomba kimi olan hissə…".
Aparıcı deyib ki, onu efirdən uzaqlaşdırmaqla hədələyiblər:
"Məni "Oturub masada xəbər yazarsan" deyərək efirdən almaqla hədələmişdi. Bu barədə sübutum yoxdur. Bunun deyəcəyini bilsəydim, o otağa mütləq səs yazısı alaraq girərdim. Sonrasında mən onu başa düşdüm. Dedim ki, məsələni belə həll edək — mən istefa verim, gedim" dedim və işdən çıxdım."
Qeyd edək ki, "Habertürk"ün baş redaktoru Mehmet Akif Ersoy narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. O eyni zamanda evində seksual partilər təşkil etməkdə ittiham edilir.
Şahanə Ziyad

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır