Telefonunuz həyatınızı xilas edə bilər - bu funksiyaları yoxlayın

Telefonunuz həyatınızı xilas edə bilər - bu funksiyaları yoxlayınMüasir smartfon fövqəladə vəziyyətdə mühüm köməkçiyə çevrilə bilər. Android və iPhone cihazlarında təcili xidmətlərə zəng etməyə, məkan məlumatını paylaşmağa, yaxınları təhlükə barədə xəbərdar etməyə və hətta mobil şəbəkə olmadıqda xilasedicilərlə əlaqə saxlamağa imkan verən funksiyalar mövcuddur.
Mütəxəssislər telefonun təhlükəsizlik parametrlərini əvvəlcədən yoxlamağı tövsiyə edirlər, çünki kritik anda lazımi funksiyanı axtarmağa vaxt olmaya bilər.
Bu imkanların əlçatanlığı cihazın modelindən, proqram təminatından, ölkədən və mobil operatordan asılıdır.
Android telefonlarında hansı təhlükəsizlik funksiyaları var?
Android istifadəçiləri qan qrupu, allergiyalar, qəbul etdikləri dərmanlar və yaxınlarının əlaqə nömrələri kimi vacib məlumatları kilid ekranından əlçatan edə bilərlər. Telefon sahibi özü məlumat verə bilmədikdə bu, ətrafdakılara və tibb işçilərinə kömək edə bilər.
Uyğun Android versiyalarında həmin məlumatlar "parametrlər" bölməsindəki "təhlükəsizlik və fövqəladə hallar" menyusunun "tribbi məlumatlar" və "fövqəladə hallar üçün əlaqələr" hissələrinə əlavə olunur.
Bəzi cihazlarda avtomobil qəzasını aşkarlamaq imkanı da var. Smartfonun sensorları ciddi toqquşma əlamətləri qeydə aldıqda cihaz xəbərdarlıq göstərərək istifadəçinin vəziyyətini yoxlayır. İstifadəçi cavab verməzsə, telefon avtomatik olaraq təcili xidmətlərlə əlaqə saxlaya və əvvəlcədən seçilmiş şəxsləri xəbərdar edə bilər.
Təhlükəsizlik menyusunda təbii fəlakətlər və digər təhlükəli hadisələr barədə bildirişlər də mövcuddur. Android-in zəlzələ xəbərdarlıqları bəzi bölgələrdə yeraltı təkanlar istifadəçinin olduğu əraziyə çatmazdan əvvəl göndərilə bilər.
Uyğun smartfonlarda fövqəladə hallar üçün peyk rabitəsi də əlçatandır. Məsələn, bəzi Google Pixel və Samsung modelləri mobil şəbəkə və ya Wi-Fi olmadıqda peyk bağlantısından istifadə edə bilir. Lakin bu imkan bütün modellərdə və ölkələrdə işləmir.
Təhlükəsizlik yoxlaması və təcili zəng
"Safety Check" funksiyası tək gəzintiyə çıxarkən və ya ictimai nəqliyyatla səfər edərkən faydalı ola bilər. İstifadəçi fəaliyyət növünü və müəyyən vaxt müddətini seçir. Həmin müddət bitdikdən sonra hər şeyin qaydasında olduğunu təsdiqləməzsə, smartfon əvvəlcədən seçilmiş şəxslərə məlumat göndərə bilər.
Bəzi Android telefonlarında təcili zəng funksiyasını işə salmaq üçün güc düyməsini sürətlə beş və ya daha çox dəfə basmaq kifayətdir. Cihazın parametrlərindən asılı olaraq, bu zaman məkan məlumatı da paylaşıla bilər.
iPhone istifadəçiləri nələri tənzimləməlidir?
iPhone sahiblərinə ilk növbədə rəsmi fövqəladə hal bildirişlərini yoxlamaq tövsiyə olunur. Bu bildirişlər təhlükəli hava şəraiti, təbii fəlakətlər və digər fövqəladə hadisələr barədə xəbərdarlıq edə bilər. Müvafiq parametrlər "parametrlər" menyusunun "bildirişlər" bölməsində yerləşir.
iPhone-da da sağlamlıqla bağlı vacib məlumatları və yaxınların əlaqə nömrələrini ehtiva edən tibbi profil yaratmaq mümkündür. "sağlamlıq" tətbiqində hazırlanan bu profil uyğun parametr aktivləşdirildikdə telefonun kilidi açılmadan görünə bilər.
Təcili zəng üçün yan düymə ilə səs düymələrindən birini eyni vaxtda basıb saxlamaq mümkündür. Düymələri saxlamağa davam etdikdə geri sayım başlayır və bundan sonra cihaz təcili xidmətlərə zəng edə bilər. Fövqəladə əlaqələrə məkan məlumatının göndərilməsi də mümkündür.
Qəza aşkarlanması və peyk vasitəsilə əlaqə
iPhone 14 və daha yeni modellərdə ciddi avtomobil qəzasını aşkarlayan funksiya mövcuddur. Güclü toqquşma əlamətləri qeydə alındıqda telefon siqnal verir və yardım çağırmağı təklif edir. İstifadəçi reaksiya göstərməzsə, cihaz avtomatik olaraq təcili xidmətlərlə əlaqə saxlaya və fövqəladə əlaqə kimi seçilən şəxsləri xəbərdar edə bilər.
Uyğun iPhone modellərində mobil şəbəkə və Wi-Fi olmadıqda peyk vasitəsilə təcili əlaqə yaratmaq imkanı da var. Adi təcili zəng mümkün olmadıqda və peyk xidməti əlçatan olduqda ekranda müvafiq seçim görünür.
iOS sistemindəki "Check In" funksiyası isə "mesajlar" tətbiqi vasitəsilə işləyir. Bu funksiya istifadəçinin müəyyən ünvana sağ-salamat çatdığını seçilmiş şəxsə avtomatik bildirir. Zərurət yarandıqda həmin şəxslə hansı məlumatların paylaşılacağını da əvvəlcədən müəyyənləşdirmək mümkündür.
Təhlükəsizlik yeniləmələrini gecikdirməyin
Smartfonun təhlükəsizliyi üçün proqram yeniləmələri də əhəmiyyətlidir. Müntəzəm təhlükəsizlik yeniləmələri dayandırıldıqda aşkar olunan boşluqlar aradan qaldırılmır və cihaz kiberhücumlara qarşı daha həssas olur.
Kibercinayətkarlar bu boşluqlardan istifadə edərək telefona icazəsiz daxil ola, zərərli proqram quraşdıra və şəxsi məlumatları oğurlaya bilərlər. Mütəxəssislər təhlükəsizlik yeniləmələrini vaxtında quraşdırmağı, rəsmi dəstək başa çatdıqda isə yeniləmə alan başqa cihaza keçməyi nəzərdən keçirməyi tövsiyə edirlər.
///lent.az///

Sosial       Tarix: 04 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler