Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir

Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnirTənəffüs infeksiyalarına - COVID-19, vərəmə və s. yoluxma daha çox aerogen, yəni hava-damcı yolu ilə baş verir. Yəni, xəstə asqırdıqda, öskürdükdə respirator damcıların sıçraması və hava-toz yolu ilə, məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan, xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər.
Müvafiq tənəffüs infeksiyasına yoluxan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi vacibdir. Paralel olaraq infeksiya ocağı dezinfeksiya olunmalıdır. Yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməledilmə, qoruyucu maskalardan istifadə zəruridir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.
Professor tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə konkret tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmağın asan olmadığını deyən R.Bayramov orqanizmin immun statusunun rolundan bəhs edərək bildirib: "Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Xəstələnənlər immun sistemi zəif olanlar və yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu kontekstdə orqanizmin immun statusunun rolu böyükdür".
ATU-nun kafedra müdiri tənəffüs infeksiyaları ilə mübarizə üçün orqanizmin immun sisteminin güclü olmasına bir sıra amillərin təsir göstərdiyini deyib. Onun sözlərinə görə, bu baxımdan ilk növbədə balanslaşdırılmış qidalanma, xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, normal gün rejimi, yetərli səviyyədə yuxu da vacibdir. Bunlarla yanaşı, idmanla məşğul olmaq, təmiz hava qəbulu, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq lazımdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 12 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan son xeber bugun en yeni xeberler sonxəbərlər en son xeberler bu gun