Teodora Georgiyeva: "Azərbaycan qazının hasilatının artırılması IGB-nin də rolunun güclənməsinə xidmət edəcək"

Teodora Georgiyeva: Avropaya şaxələndirilmiş tədarükün təmin edilməsində Azərbaycan qazının rolu son illər əhəmiyyətli dərəcədə artıb və bunun yaxın gələcəkdə dəyişməsi qeyri-mümkündür.
KONKRET.azxəbər verir ki, bu fikri ICGB boru kəməri şirkətinin icraçı direktoru Teodora Georgiyeva səsləndirib.
O xatırladıb ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) birbaşa Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə birləşməsi Bolqarıstanın Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsi olmasını və həm ölkə, həm də daha geniş region üçün şaxələndirilmiş mənbələrdən etibarlı təbii qaz tədarükünə çıxışı təmin edir. Eyni zamanda, inkişafının ilkin mərhələlərində IGB boru kəmərinin əsasını Azərbaycandan qaz tədarükü təşkil edib.
"Azərbaycanın işlənməmiş yataqlarda böyük qaz potensialı var və hesab edirəm ki, məhz bizim infrastrukturumuz (IGB) vasitəsilə bu həcmlər əsasən nəql olunacaq… Trans-Adriatik qaz kəmərinin tutumunun genişləndirilməsi ilə bağlı xəbərlər və yaxın illərdə Azərbaycanın Avropaya təbii qaz ixracını artırmaq öhdəliyi fonunda hesab edirik ki, IGB-nin də rolunu gücləndirmək üçün imkanlar var", – icraçı direktor qeyd edib.
O, həmçinin bildirib ki, ICGB konsorsiumu Azərbaycan tərəfi ilə çox yaxşı əlaqələr qurub: "O, bizim Avropaya qaz tədarük edən əsas və son dərəcə etibarlı tərəfdaşımızdır. Zamanla biz uzunmüddətli əlaqələr və qarşılıqlı etimad qurmuşuq ki, bunlara da nail olmaq asan deyil".
T.Georgiyeva onu da vurğulayıb ki, IGB xüsusən də SGC ilə birbaşa birləşmə sayəsində Şaquli Qaz Dəhlizində mərkəzi rol oynayır.
"Boru kəmərinin yerləşdiyi yer son dərəcə strateji əhəmiyyətlidir, çünki bir növ kəsişmədədir – Bolqarıstanı birbaşa Cənub Qaz Dəhlizi ilə birləşdirərək tədarükün şaxələndirilməsinə imkan verir, həmçinin Trans-Balkan boru kəməri ilə sinerji təşkil edərək üçüncü bazarlara nəql üçün bir çox imkanlar yaradır. Bu mənada Şaquli Qaz Dəhlizinin həyata keçirilməsindən danışarkən interkonnektorun gələcək inkişafı ən vacib prioritetlərdən biridir", – o əlavə edib.

Siyasi       Tarix: 27 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber 2026 sou biznes xeber.az 2026 xeber.az bu gun