Təqsirləndirilən tiktoker "Beniz": "Bir ildə "TikTok"dan 306 min manat qazanmışam"

Təqsirləndirilən tiktoker Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın cinayət işı üzrə növbəti məhkəmə prosesi keçirilib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən tiktoker, prokuror Tural Yaqubovun cinayət işindəki hədə-qorxu ilə tələb etmə ilə bağlı bir necə epizod üzrə verdiyi sualları cavablandırıb.
"Beniz" cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovu şantaj edərək ondan külli miqdarda vəsait alması məsələsinə gəlincə vurğulayıb ki, bu hal heç vaxt baş verməyib:
"Xalid Kərimovla ailəli olmuşam. Bir halda ki, o şəxslə ailə kimi yaşamışam, onu necə şantaj edə bilərəm? Sumqayıtda evimi satıb, onun da köməkliyi ilə Bakıda ev almışıq. Avtomobilimi satmışam, Xalid də üstünə pul qoyub, yeni avtomobil almışam. Mənim hər bir şeyim olub. Bir il ərzində "TikTok"dan 306 min manat pul qazanmışam, ona görə də heç vaxt ondan pul tələb etməyə ehtiyacım olmayıb".
Xaricdə yaşayan bloqer Manaf Cəlilzadə ilə onun hər hansı bir əlaqəsinin olub-olmaması məsələsinə gəlincə isə Aybəniz Xəlilova belə cavab verib: "Mən bu vətənə övlad yetişdirirəm. Üç ildən sonra onu əsgər yola salacağam. Heç vaxt elə bir nalayiq hərəkət etmərəm – onun kimi insanlarla hər hansı bir əlaqəyə keçmərəm. Milyonlarla izləyicim olan səhifəm var. Sadəcə, canlı açanda, o, dəfələrlə canlıya yazaraq "sənin arxanda duran həcini tapacağam" kimi ifadələr işlədirdi. Mən də onu bloka atmışam. Bildiyimə görə o, daha sonra Xalidə yazıb pul istəyirdi".
Vaxt məhdudiyyətindən epizodlar üzrə sualların cavablandırılması dekabrın 9-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə davam edəcək.
Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Hadisə       Tarix: 19 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026