Ter-Petrosyandan ETİRAF: "Hər şey bitdi, dünya Qarabağı Azərbaycan ərazisi hesab edir"
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir.
Publika.az xəbər verir ki, sabiq dövlət başçısı bu barədə Ermənistanın İctimai Televiziyasının efirində deyib.
"Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur", - deyə Levon Ter-Petrosyan vurğulayıb.
O, ikinci prezident Robert Koçaryanın yeni müharibə bəyanatını təhlükəli hesab edir. "Bu, problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə halında mümkündür. Yəni Robert Koçaryan yeni müharibə vədini verir.
Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi", - Levon Ter-Petrosyan qeyd edib. / "Report"

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək