Ter-Petrosyandan ETİRAF: "Ruslar getsə, Qarabağda bir dənə də..."
Ermənistanın keçmiş prezidenti, "Erməni milli konqresi" partiyasının seçki siyahısına başçılıq edən Levon Ter-Petrosyan Rusiya sülhməramlı qüvvələrinin Qarabağı 5 il sonra tərk etməyəcəyini deyir.
Publika.az xəbər verir ki. o, Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Rusiya hərbçiləri Qarabağı tərk etsə, orada bir erməni də qalmaz. "Əgər ruslar çıxsa. Qarabağda bir qarabağlı (erməniləri nəzərdə tutur,-red.) də qalmaz",-Ter-Petrosyan belə deyib.
Onun fikrincə, nəəyə görəsə insanların 95 faizi əmindir ki, 5 il sonra Rusiya sülhməramlıları Qarabağı tərk edəcək. "Amma bu belə deyil",-keçmiş prezident 10 noyabr üçtərəfli razılaşmasının bəndini xatırladıb. Bildirib ki, həmin bənddə sülhməramlılarının yerləşdirilməsinin vaxtının uzadılması imkanı boş yerə əks olunmayıb.
"Onlar ona görə gəlməyiblər ki, sonra əllərini yuyub çıxıb getsinlər. Müqavilədə hər şey yazılıb",-Ter-Petrosyan bildirib.
Keçmiş prezident regionda nəqliyyat kommunikasiyalarının açılmasından da danışıb. Bildirib ki, "nəqliyyat dəhlizi" sözünü hərə öz istədiyi kimi başa düşür. "Azərbaycan Naxçıvana çıxış əldə etmək istəyir, Ermənistan isə Rusiyaya. Burada nəyi izah edəsən? Bəyəm Ermənistan üçün Rusiya ilə etibarlı əlaqə yolunun olması mühüm deyil? Siz bilirsiniz ki, Gürcüstan yolları hansı vəziyyətdədir, Azərbaycan yolları isə bizim üçün bağlıdır. Əgər belə imkan açılsa, Ermənistan üçün bu gözəl bağlayıcı əlaqə olacaq",-siyasətçi deyib. / "VirtualAz"

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək