Təranə Səmədova amnistiyaya düşəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib.
Amnistiya aktının qəbul ediləcəyi təqdirdə, cəzaya məhkum edilmiş bir sıra şəxslərin azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi mümkün olacaq. Bu kontekstdə tanınmış prodüser Təranə Səmədovanın amnistiyaya düşüb-düşməyəcəyi maraq doğurur.
Vəkil Babək Həmidov azxeber.com-a açıqlamasında deyib ki, əfv və amnistiyanı bir-birindən fərqləndirmək lazımdır:
"Əfv və amnistiyanı bir-birindən fərqləndirmək lazımdır. Belə ki, əfv birbaşa olaraq Prezidentin səlahiyyətinə aiddir. Amnistiya aktının qəbulu isə Milli Məclisin səlahiyyətinə daxildir. Cari situasiyada ölkə başçısı, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə müraciət edilib ki, amnistiya aktı qəbul edilsin. Əfv zamanı Prezident tərəfindən qəbul edilən sərəncamda törədilmiş cinayətin xarakterindən asılı olmayaraq, şəxslərin adları konkret göstərilməklə onların cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi nəzərdə tutulur. Amnistiyada isə şəxslərin adları göstərilmir. Burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə qadağan olunmuş konkret maddələr və əməllər göstərilir. Həmin maddələr üzrə müəyyən şərtlərə cavab verən, cəzasının müəyyən hissəsini çəkmiş şəxslərə amnistiya şamil olunur".
Vəkil bildirib ki, Təranə Səmədovanın əməli Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə amnistiya aktına düşərsə, o, azadlığa buraxıla bilər:
"Müvafiq maddələr üzrə amnistiya elan edildikdə, həmin maddələrə düşən şəxslər amnistiya aktı əsasında cəzalarının çəkilməmiş hissəsindən azad oluna, cəzaları daha yüngül cəzalarla əvəz edilə və ya azadlığa buraxıla bilərlər. Yəni amnistiya aktında şəxslərin adları ayrı-ayrılıqda göstərilmir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə barəsində hökm çıxarılmış, eləcə də ibtidai istintaq və ya məhkəmə istintaqı aparılan şəxslərə şamil edilir.
Əgər Təranə Səmədovanın əməli Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə amnistiya aktına düşərsə, o zaman o, amnistiya hüququndan yararlana bilər. Həmin maddə Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktında nəzərdə tutulduğu təqdirdə bu mümkün olacaq".
Şahanə Ziyad

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır