Təranə Səmədovanın qızı: "Anamı bağışlaya bilmirəm
Həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suel, Rəqsanə İsmayılova və ailəsi ilə birlikdə "Günaydın Azərbaycan" verilişində qonaq olub.
azxeber.com xəbər verir ki, Suel ilk dəfə Rəqsanə İsmayılova haqqında açıqlamalar verib:
"Rəqsanə çox mehriban, qayğıkeş anadır. Oktyabrın 18-i mənim ad günüm idi, mənim üçün hər şey etdi. Anam da bir zamanlar mənim üçün belə doğum günləri edirdi".
Daha sonra Suel, göz yaşları içərisində nənəsini xatırlayıb:
"Nənəm hər zaman mənim yanımda olub. O, gedəndən sonra sanki həyatımdan bir parça getdi. Mən nənəmlə qalırdım, anam bəzən gəlib gedirdi yanıma. Məktəbə gedəndə ən çox onu xatırlayıram. O, məni dərsə aparırdı, dərslərimi birlikdə edirdik. Çox darıxıram onun üçün. Nənəmi itirmək həyatımdakı ən ağır itkilərdən idi. Anam da bilirdi ki, nənəmi ondan daha çox sevirəm. Gözümü açıb onu görmüşdüm. O, yaşasaydı belə olmazdı. Anamın da başına bunlar gəlməzdi. Çünki o anamın arxasında dirək idi. Nənəm öləndən sonra anam özünü itirdi. Yuxuma da gəlib deyir ki, gördün? Mən sənə demişdim belə olacaq. O, hər şeyi hiss edirdi, bilirdi axırımız belə olacaq. Son sözü o oldu ki, məni qucaqladı dedi ki, özünə yaxşı bax, elə də dünyasını dəyişdi".
Suel hazırda uzaq qaldığı bacısından da danışıb:
"Bacım nənəmi heç görmədi. Kaş görərdi, bilərdi nənə sevgisi nədir. Mən az da olsa gördüm, bacım isə heçnə görmədi. Anam yanımızda olsa da bacıma mən analıq etmişəm. Ona görə də o, anamdan çox məni tanıyır. Ad günümdə yanına getmişdim, böyüyüb, ilk addımlarını atır. Məni buraxmaq istəmirdi. Biz çıxandan sonra dalımızca çox ağlayıb ".
Anası haqqında fikirlərini bildirən Suel "O, mənim anamdır, onu atmaram. Amma etdiyi səhvlərdən sonra onu bağışlaya bilmirəm, çox çətindir"deyə bildirib.
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var