Təranə və Musanın özləri kimi məşhur kürəkəni: "Onların sayəsində... - FOTOLAR
"2016-ci ildə Musa müəllim və Təranə xanımın qızı Fidan xanımla ailə həyatı qurmuşam. Onlar mənə sənətdə çox dəstək olublar və dəstək olmağa davam edirlər. Onlardan çox razıyam. Məhz onlara görə məni artıq populyar şou proqramlara da dəvət edirlər. Həm onların kürəkəni kimi, həm də tar ifaçısı kimi".
Bu sözləri Open.az-a açıqlamasında sevilən cütlük Təranə Qumral və Musa Musayevin kürəkəni Mirhüseyn Əsədullayev deyib. Artıq 10 ildir ki, Bülbül adına ota ixtisas musiqi məktəbindən müəllim kimi fəaliyyət göstərən Mirhüseyn bu sahəyə gəlişini atasına borclu olduğunu bildirib:
"Sənətə gəlişim atam Murtuz müəllimin sayəsində olmuşdur. Bu sənəti də mənə o sevdirib. Tarzən olan atam ilk müəllimim olub və onun yolunu davam edirəm. Bu sahədə digər əziyyətimi isə Əməkdar müəllim Ümid İbrahimov çəkmişdir.
5 yaşında bir oğlum var, adı da Mircavaddır. Onun da musiqi duyumu güclüdür, oxumağa və bu sahəyə marağı var. İstəyirəm gələcəkdə atasının, babasının sənətini davam etsin".

Mirhüseyn 17 yaşından etibarən prezident təqaüdçüsü olduğunu, bir çox mükafatlara layiq görüldüyünü bildirib: "Prezidentimizin təsis etdiyi "Gənc istedadların qızıl kitabı"nda mənim də adım var. Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş 1-ci Beynəlxalq və respublika musabiqəsində "Qard-Pri" mükafatına layiq görülmüşəm. 2019-cu il 21 -26 oktyabr tarixində Avstriyanın Vyana şəhərində "Salam Şərq" festivalında ölkəmizi təmsil etmişəm".

/open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq