Tərtər və Bərdədə subartezian quyularının qazılmasına başlanılıb - FOTO

Tərtər və Bərdədə subartezian quyularının qazılmasına başlanılıb - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamı çərçivəsində bölgələrdə layihələrin icrası davam etdirilir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə bildirilib ki, artıq Tərtər və Bərdə rayonlarının kəndlərində yeni subartezian quyularının qazılmasına başlanılıb.
Sərəncama əsasən, Tərtər rayonunun İsmayılbəyli, Sarov və Səhləbad, Bərdə rayonunun Xanxanımlı, İkinci Nazırlı və Kələntərli kəndlərinin hər birində subartezian quyuları qazılacaq. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun su mənbələri işğal altındakı ərazilərdə qaldığından kənd sakinləri həm içməli, həm də suvarma suyu ilə təminat baxımından əziyyət çəkirlər. Xüsusilə yay aylarında bu kəndlərdə ciddi su çatışmazlığı müşahidə olunur.
Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və yeni subartezian quyularının qazılmasına qərar verilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində Tərtər rayonunun Səhləbad kəndində işlərə başlanıb. Bunun ardınca İsmayılbəyli və Sarov kəndlərində subartezian quyuları qazılacaq.
Hazırda Bərdə rayonunun Xanxanımlı kəndində də subartezian quyusunun qazılmasına başlanıb. Bu qazma qurğuları hesabına növbəti mərhələdə İkinci Nazırlı və Kələntərli kəndlərində də quyular qazılacaq. Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və elektrik təchizatı məqsədilə transformatorlar quraşdırılacaq.
Tərtər və Bərdə rayonlarında icra olunan layihələr çərçivəsində 6 kənddə 9 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılması və suvarma suyuna olan tələbatının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə ilin sonuna qədər 15 rayonun 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işləri yekunlaşacaq və suyun verilişi təmin ediləcək. Bu layihələrdən 65 mindən çox sakin faydalanacaq.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 08 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda sou xeberler son xeber 2026 son xeberler bugun