Tərtərdə istehlaka yararsız 176 kq ət aşkar olundu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Azxeber.com-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H. Əliyev prospektində yerləşən ərzaq məhsullarının satışı bazarında keçirilən reyd zamanı fiziki şəxs İsmayılov Ramiz Torağay oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçmədən, möhürsüz satışa çıxarıldığı və məhsullara dair müvafiq müşayiətedici sənədlərin olmadığı məlum olub.
Məhsuldan nümunələr götürülərək müayinələrin aparılması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib, ət satışının qarşısı alınıb və müsadirə edilərək saxlanca qoyulub.
Müayinələr nəticəsində məhsulun texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, istehlaka yararsız olduğu aşkar edilib.
Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 176 kq ət yandırılaraq məhv edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR