Təzə meyvələrdən daha faydalı olan quru meyvələrin adları açıqlandı
Təzə meyvələrdən daha faydalı olan quru meyvələrin adları açıqlandı
Kişmiş, quru ərik, xurma, gavalı ən çox yayılmış və ən faydalı quru meyvələrdir.
Bu barədə rusiyalı dietoloq Lyudmila Mikityuk bildirib.
Onun sözlərinə görə, sadalanan qurudulmuş meyvələr təzə meyvələrdən daha çox lif, vitamin və mineralı özündə ehtiva edir. Bu isə gündəlik tələb olunan qida maddələrinin daha böyük faizini qarşılamağa imkan verir. Məsələn, kişmişdə çoxlu maqnezium, "B" vitamini var. Bu onu bədəndəki təzyiqi aşağı salmaqda, iltihabı azaltmaqda əvəzolunmaz edir.
Gavalı qəbizliyin qarşısını təbii şəkildə alan vasitə kimi istifadə edilə bilər. Tərkibində çoxlu miqdarda kalium, lif, "A" və "K" vitaminləri var.
"Bu məhsul ürək-damar xəstəliklərini profilaktikasında istifad oluna bilər, həmçinin yüksək konsentrasiyalı boa sayəsində osteoporozla mübarizədə yaxşıdır", - deyə o, bildirib.
Xurmanın tərkibində yüksək miqdarda dəmir, lif və kalium var. Bu meyvə antioksidantlar arasında liderdir və sərbəst radikalların zərərini neytrallaşdıra bilir. Xurma uşaq gözləyən qadınlar üçün, xüsusən də hamiləliyin son aylarında çox faydalıdır.
Quru ərik "A" və "C" vitaminləri, kalium, liflə zəngindir. Bu qurudulmuş meyvəni istehlak etməklə, xüsusilə dəri və gözlər üçün faydalı olan "A" vitamininin gündəlik normasının 47 faizi təmin olunur.
"Bu dörd yeməkdə güclü antioksidant sayılan çoxlu polifenol var", - deyə o bildirib.
Mikityuk bununla belə kalorisi yüksək olduğu üçün yeyilən quru meyvələrin miqdarına nəzarət etməyi məsləhət görüb.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR