Təzyiqi dərmansız azaltmağa kömək edən bir neçə yoxlanmış üsul

Təzyiqi dərmansız azaltmağa kömək edən bir neçə yoxlanmış üsulYüksək qan təzyiqi infarkt və insult, həmçinin anevrizmlər, koqnitiv funksiyaların azalması, böyrək çatışmazlığı üçün risk amillərdindən biridir. Bununla birlikdə, hipertoniyanı müalicə etmək üçün istifadə olunan dərmanlar, ayaq qıcolmaları, baş başgicəllənməsi və yuxusuzluq kimi fəsadlar yarada bilər. Ekspertlər dərman qəbul etmədən qan təzyiqini azaltmağa kömək edən bir neçə yoxlanmış metodun adını açıqlayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat "MedikForum" saytında yer alıb.
Piyada gəzinti. Təxminən 400 tədqiqatdan əldə olunan göstəricilərə əsasən müntəzəm fiziki məşqlər, o cümlədən gəzinti (kifayət qədər sürətlə) qan təzyiqini azaltmaq üçün geniş istifadə olunan QT (qan təzyiqi) preparatları kimi effektli nəticələr verir. Həftənin əksər günlərində azı 30 dəqiqə gəzmək xüsusilə faydalı sayılır.
Dərindən nəfəs almaq. Həkimlər gündə iki dəfə bir neçə dəqiqə (ən azı beş dəqiqə) yavaş nəfəs verməyi və nəfəs çəkməyi məsləhət görürlər. Bütün bunlar, bədəndə qan təzyiqini, ürək döyüntüsünü artırmaqla qan damarlarını daraldan stres hormonlarını nəzarətdə saxlamaq üçün mühüm rol oynayır.
Kaliumla zəngin olan qidalar. Mineralın sidik vasitəsilə böyrəklərdən daha çox natrium ifraz etməyə səbəb olması qan təzyiqini dərmansız azaltmağa kömək edir. Banan, kartof, pomidor, portağal suyu, lobya, noxud, qovun, gavalı, kişmiş kaliumla zəngin olan mənbələr sırasındadır.
Natrium qəbulunu azaltmaq. Amerika Kardiologiya Assosiasiyası qan təzyiqini aşağı salmaq üçün natriumun qəbulunu gündə 1500 mq-dən aşağı səviyyədə saxlamağı tövsiyə edir.
Tünd şokolad. Daha bir yoxlanmış üsul. Cənubi Kaliforniya Universitetinin alimləri qeyd edirlər ki, tünd şokoladın orta hesabla müntəzəm olaraq qəbulu sistolik arterial (yuxarı) təzyiqi 5 bal, diastolik (aşağı) təzyiqi isə demək olar ki, 3 bal azaltmağa kömək edə bilər. Belə effektli nəticənin əldə olunması onun flavanol komponentlərinin qan damarlarını rahatlaşdırması ilə izah olunur.
Məkkəgülü. Taftsa Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, gündəlik üç fincan hibiskus çayı içən orta qan təzyiqi olan yaşlılarda altı həftədə sistolik qan təzyiqi yeddi bal azalıb. Alimlər bunu hibiskusun fitokimyəvi maddələrinin təsiri ilə əlaqələndirirlər.
Bir stəkan süd. Alimlər iddia edirlər ki, bəzi hallarda yüksək qan təzyiqinə qidada saflaşdırılmış karbohidratlardan çox istifadə olunması nəticəsində yaranan iltihab səbəb olur. Bu sürətli karbohidratların bəzilərinin qismən süd proteini ilə əvəz edilməsi hipertoniya və hipertoniya öncəsi ərəfədə sistolik qan təzyiqini aşağı sala bilər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 29 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər en yeni xeberler kriminal xeber sou xeberler