The Body Shop' artıq Azərbaycanda - FOTOLAR

Original, İngiltərə mənşəli baxım və kosmetika brendi "The Body Shop"ölkəmizdə ilk mağazasının rəsmi açılışını etdi.
azxeber.com xəbər verir ki, "The Body Shop"-un Azərbaycandakı eksklüziv françayzisi olan "AZPHA"şirkəti ilk mağazasını 7 iyul tarixində Ü. Hacıbəyov küçəsi 26D ünvanında açdı. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, SəhiyyəNazirliyinin sektor müdiri Səbinə Babazadə, Gənclər və İdman nazirliyininsektor müdiri Nərmin Aslanbəyli, Respublika QİÇS-lə Mübarizə Mübarizində qəbulşöbəsinin müdiri Ədilə Rzayeva, Eurovision qalibi Nigar Camal, "Nargis"jurnalının kollektivi, journalist, stilist və bloggerlər iştirak edib. Tədbirzamanı şirkət və onun fəaliyyəti haqqında iştirakçılara məlumat verildi, sonraisə iştirakçılar məhsulları sınamağa dəvət edildilər. Qeyd edək ki, şirkət növbətiaylarda Azərbaycan üçün onlayn mağazasını da açmağı planlaşdırır.
Dünyanın 70-dən çox ölkəsində 3000-dən çox mağazası olan "The Body Shop" qlobalgözəllik markası olaraq öz yüksək keyfiyyətli, təbii inqredientlərlə zəngin üz,saç baxımı və makyaj məhsullarının etik və davamlı istehsalı ilə bütün dünyayafaydalı olmağı hədəfləyib.
Təbiiinqredientlərdən hazırlanmış məhsullar əla nəticə verir!
"The Body Shop" ədalətli ticarətvə dayanıqlı iqtisadiyyatın prinsiplərinə uyğun qaydada istehsal və ixracolunmuş 700-dən çox məhsul təklif edir. Bütün məhsulları 100% etik istehsal olunmuş "The Body Shop" hərzaman qadınlara dəstək olan layihələri ilə fərqlənir. Marka xüsusilə qadınlarınvə qızların özləri, bədənləri və gələcəkləri barədə pozitiv düşünməsini təminedən layihələr həyata keçirir. "The Body Shop" çay ağacı, şi, badam kimi yüksəkkeyfiyyətli təbii inqredientləri ilə saç və dəri qulluğu üçün lazım olan bütünfaydalı məhsulları təmin edir.
"The Body Shop" Azərbaycanda qlobal olaraqtanınmış və bəyənilmiş markanın simvoluna çevrilmiş Şi Bədən Yağı, Çay ağacıyağı, Zəncəfil kəpəyə qarşı şampunu və Himalay kömürlü üz maskası kimi yüksəkeffektli məhsullarla təmsil olunur.The Body Shop' artıq Azərbaycanda - FOTOLAR"The Body Shop"bütün dünya üçün faydalı brenddir.
"The Body Shop" 1976-cı ildə sahibkar vəaktivist Anita Roddik tərəfindən təsis edildiyi gündən qabaqcıl və unikal brendolaraq tanınır. Brend biznesin yaxşılıq üçün çalışan güc ola biləcəyi fəlsəfəsinəəsaslanmış və məqsədini "daha ədalətli və daha gözəl dünya yaratmaq üçünmübarizə etmək" olaraq təyin etmişdir. "The Body Shop" ətraf mühit və insanhüquqları məsələlərində çıxış edərək insan hüquqlarının müdafiəsi, heyvanlarınvə ətraf mühitin qorunması ilə bağlı kampaniyalar aparıb və əhəmiyyətli dəyişikliklərənail olmaq öhdəliyini nümayiş etdirib.
"The Body Shop" kosmetik məqsədlər üçünheyvan üzərində sınaq problemini həll edən ilk beynəlxalq kosmetika markası idivə 1998-ci ildə Böyük Britaniyada, ardınca 2013-cü ildə Avropada belə sınaqlaraqadağa üçün istehlakçı dəstəyi topladı. 2017-ci ildə brend hər yerdə və hərzaman kosmetik məhsullarda və inqrediyentlərdə heyvanlar üzərində sınaqlarınkeçirilməsinə qadağa qoyulmasına çağıran ən böyük kampaniya – "ForeverAgainst Animal Testing"i təqdim etdi. Partnyorları "Cruelty FreeInternational" ilə birlikdə brend 8 milyondan çox imza topladı və dəyişikliküçün kampaniya aparmaq üçün Birləşmiş Millətlər Təşkilatında məsələ qaldırıldı. 
"The Body Shop" həm də 1987-ci ildə ədalətliticarətə həsr olunmuş proqramı – "İcma Ədalətli Ticarət" proqramını idarə edənilk kosmetika şirkəti idi. Onlar müsbət sosial dəyişiklik yaratmaqambisiyalarını bölüşən ekspert istehsalçı qrupları ilə uzunmüddətli ticarət tərəfdaşlığıyaratmağı hədəfləyirlər. Bu gün brend dünya üzrə 32 təchizatçıdan 24 yüksəkkeyfiyyətli inqrediyent, eyni zamanda hədiyyə, aksesuar və qablaşdırma məhsullarıəldə edir. Bu il "The Body Shop" "İcma Ədalətli Ticarət" proqramına yeniinnovativ təchizat zəncirini təqdim etdi - Hindistanın Bangaluru şəhərindəkitullantı toplayanlardan təkrar emal edilmiş plastikdən istifadə.
The Body Shop' artıq Azərbaycanda - FOTOLAR"The Body Shop" bərabərliyin tərəfindədir.
Qadınlara dəstək olmaq həmişə "The BodyShop"-un fəaliyyətinin mərkəzində olub. Brend, "İcma Ədalətli Ticarət" proqramıvə bütün dünyada qadınlara və qızlara kişilərlə eyni hüquqlar, güc və imkanlarverməyə çalışan kampaniyalar kimi fəaliyyətləri ilə fərqlənir. Brend bütündünyada uşaq hüquqlarını və qızlar üçün bərabərliyi təmin etməyə çalışan qlobaluşaq xeyriyyə təşkilatı "Plan International" ilə əməkdaşlıq edir. Onlar təhsilvə təlim vasitəsilə qızların xəyallarını reallaşdırmaq üçün birlikdə çalışırlar. Sizdə "The Body Shop" məhsulları alaraq həm hazırkı həm də gələcək layihələr çərçivəsindəmarkanın sosial, iqtisadi layihələrinə dəstəyinizi göstərə bilər və necə gəncqızın təhsilində və öz xəyallarını reallaşdırmasında rol oynaya bilərsiniz.
Marka ilə bağlı yeniliklərlə bağlı xəbərdar olmaq istəyirsinizsəaşağıdakı rəsmi sosial media hesablarını izləyin:
Facebook: The Body Shop Azerbaijan
Instagram: thebodyshopazofficial

İqtisadiyyat       Tarix: 20 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam az xeberler sonxabar az krimnal bugun bugünki xəbərlər