Tibb elmində daha bir KƏŞF – Bu xəstəliyin ağırlaşma riski azalacaq

Tibb elmində daha bir KƏŞF – Bu xəstəliyin ağırlaşma riski azalacaqKazan Federal Universitetinin Fundamental Tibb və Biologiya İnstitutunun alimləri Kazan və Moskva neyrocərrahları ilə birlikdə onurğa beyninin zədələnməsinin nəticələrində həlledici rol oynayan sitokinlər sahəsində mühüm kəşflər ediblər.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu kəşflərlə xəstələrə müalicəyə daha fərdi yanaşma təklif etmək, potensial olaraq ağırlaşma riskini azaltmaq və proqnozu yaxşılaşdırmaq mümkündür.
Hər il on minlərlə insanın onurğa beyni zədələnir. Çox vaxt belə xəsarətlər əlilliyə gətirib çıxarır. Hərbi əməliyyatlar zamanı alınan travmaların əksəriyyəti onurğa beyninin zədələnməsilə bağlıdır. Ona görə də alimlər hesab edirlər ki, yeni müalicə üsullarının işlənib-hazırlanması aktualdır. Kazan Universiteti alimlərinin yeni müalicə metodu da bununla bağlıdır. Onlar sübut ediblər ki, onurğa beyni zədəsi alan xəstələrdə qan zərdabında və onurğa beyni mayesində sitokinlərin təkmilləşdirilmiş formada vurulması daha effektivdir. Sitokinlər iltihab və immun proseslərin tənzimlənməsində mühüm rol oynayan kiçik molekullardır.
Kazan Federal Universitetinin Fundamental Tibb və Biologiya İnstitutunun Gen və Hüceyrə Texnologiyaları elmi-tədqiqat laboratoriyasının elmi işçisi Dövran Sabirov bildirib ki, onurğa beyninin zədələnməsinin aradan qaldırılması mürəkkəb müalicə növü hesab olunur. Birinci mərhələdə zədə zamanı toxumanın bütövlüyü pozulur. Sonra iltihab meydana gəlir, bu müddət ərzində çox sayda sitokin sərbəst buraxılır. İltihabın inkişafı toxumaların zədələnməsini artırır.
İltihabı necə nəzarət altına almaq olar?
Tədqiqat zamanı alimlər zədədən sonra müxtəlif dövrlərdə – 3-cü, 7-ci və 14-cü günlərdə qan zərdabında və onurğa beyni mayesində sitokinlərin səviyyəsini öyrənərək, sağlam insanların göstəriciləri ilə müqayisə ediblər. Müşahidələr göstərib ki, onurğa beyni zədələnməsindən sonra müxtəlif sitokinlərin səviyyəsində artım və azalma müşahidə olunur: "Zədədən sonra nəzarət mərhələsində sitokinlərin ölçülməsi bizə iltihabın mənşəyi haqqında danışmağa imkan verəcək. Gələcəkdə sağalma üçün proqnozu daha effektiv qurmaq və xəstənin vəziyyətinə əsaslanaraq, terapiyanı daha yaxşı aparmaq mümkün olacaq".
Kazan Universiteti alimlərinin fikrincə, onurğa beyni zədələnməsinin müalicəsinin mövcud üsulları çox vaxt ümumiləşdirilir. Burada xəstələrə fərdi yanaşılır və baş verən biokimyəvi dəyişikliklər nəzərə alınır. Bu, xəstənin nəticələrini proqnozlaşdırmağı çətinləşdirir.
Vəli Həsənov,
KONKRET.az

Sağlamlıq       Tarix: 04 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler