Tikinti materiallarında qiymət artdı: Payızda mənzillər də bahalaşacaq - VİDEO
Tikinti materiallarında müşahidə edilən qiymət dəyişikliyi payızdan etibarən mənzillərin də qiymətinə təsir edəcək.
BAKU.WS xəbər verir ki, bunu "ARB 24"ün "Nə baş verir?" verilişinə açıqlamasında Ramil Qasımzadə deyib.
O bildirib ki, hazırda daşınmaz əmlak bazarında sıçrayışlı qiymət artımı müşahidə edilməyib:
"Mənzil bazarında qiymət artımı olsa da, bu, cüzi olaraq baş verir. Lakin artıq bir neçə gündür ki, tikinti materialları bazarında sıçrayışlı qiymət artımları müşahidə edirik. Təbii ki, bu da gələcəkdə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək. Əvvəllər 1 kub metri 280 manata satılan taxta hazırda bazarda 400-450 manata təklif olunur. Bu qiymətlərin daha da artacağı istisna edilmir.
Bunun da səbəbi taxtanın gətirildiyi ölkə olan Rusiyada müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və qiymətlərin yerli bazarda artmasıdır. Bundan başqa dəmir məmulatların da qiymətinin artması bizə əsas verir ki, gələcəkdə daşınmaz əmlak bazarında qiymətlər əvvəlki qiymətlərdən daha artıq olacaq".

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar