Tiqran Abramyan: "Rusiya ilə münasibətləri normala qaytarmaq imkanları tükənməyib"
"Rusiya Federasiyası ilə münasibətləri normal vəziyyətə gətirmək və Rusiya Federasiyasının qərarlarını strateji müttəfiqlik qərarları çərçivəsində qəbul etmək imkanları tükənməyib".
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
"Əsas problem Ermənistan hökumətinin Rusiya ilə müəyyən məsələlərdə fikir ayrılığının olması deyil: təbii ki, müxtəlif mövzularda mövqelər fərqli ola bilər. Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti bütün bunları durmadan gərginləşdirir, toqquşmalara gətirib çıxarır və onu elə bir həddə çatdırmağa çalışır ki, daha əvvəlki münasibətlərə qayıtmaq mümkün olmasın.
Rusiyanın bu və ya digər situasiyada hərəkətləri/hərəkətsizliyi ilə bağlı mənim də cavabsız suallarım çoxdur. Lakin hər hansı bəyanat verərkən və ya qərar qəbul edərkən yadda saxlamaq lazımdır ki, Rusiya bu regionda əsas oyunçudur və onunla münasibətlərin dəfni gözlənilməz nəticələrə gətirib çıxara bilər",-deyə Abramyan bildirib.Musavat.com

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Vardanyanın arvadı Bakıya gəlmək istəyir
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında