TIR gərginliyinin gizli qalan PƏRDƏARXASI - 'Belə davam etsələr, Xankəndiyə hərbi yolla

TIR gərginliyinin gizli qalan PƏRDƏARXASI - 'Belə davam etsələr, Xankəndiyə hərbi yollaXəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.  Ancaq Xankəndidəki qondarma rejimin təzyiqi ilə Bakıdan göndərilən humanitar yüklər buraxılmır.
İçərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Eyni zamanda Fransadan Qarabağdakı ermənilər üçün göndərilən 10 ədəd "humanitar yardım" TIR-ı bu gün İrəvandan Laçına doğru yola düşüb. Bildirilir ki, Fransanın Qarabağda yaşayan ermənilərə göndərdiyi 10 yük maşınından ibarət "humanitar" yardım karvanı artıq Azərbaycanla Ermənistanın şərti sərhədindədir. 
Bölgədə "humanitar yük" adı altında gedən siyasi gərginlik ən üst səviyyəyə çıxıb. Bəs, bu proseslərin sonunda hərbi toqquşmayla qarşılaşa bilərikmi?
TIR gərginliyinin gizli qalan PƏRDƏARXASI - 'Belə davam etsələr, Xankəndiyə hərbi yollaazxeber.com-a danışan politoloq Elxan Şahinoğlu düşünür ki, Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcək:
"Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun "aksiyasının" nəticəsini gözləyəcəklər. Paris meri "humanitar yüklə" Azərbaycan sərhədinə gəlməyi planlaşdırır. Erməni lobbisi Parisin merini zərbə altında qoyacaq. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək və bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcək".
Politoloqun fikrincə, Fransanın planının fiaskoya uğramasından sonra Qarabağ erməniləri arasında "Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa etməyək?" sualı ətrafında diskussiya başlayacaq:
"Aralarında fikir ixtilafı yaranacaq. Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik. Seperatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün gətirdiyi 40 ton un məmulatının qəbuluna əngəl yaradarsa geriyə "Azərbaycan bizi mühasirədə saxlayır", "Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir", "acından ölürük" kimi bəhanələri qalmayacaq. Sadəcə bu prosesdə ən önəmli iş diplomatiyamızın üzərinə düşür".
Elxan Şahinoğlunun sözlərinə görə, diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır:
"Məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda "Laçın yolunu açın" kimi çağırışların effekti qalmayacaq, Fransa da oyundankənar vəziyyətə düşəcək".
TIR gərginliyinin gizli qalan PƏRDƏARXASI - 'Belə davam etsələr, Xankəndiyə hərbi yollaazxeber.com-a danışan politoloq Qabil Hüseynli isə düşünür ki, hazırki proseslərə yön verən, onu idarə edən Rusiyadır:
"Yolu Rusiya bağlayır. Yola tikanlı məftilləri Rusiya döşüyüb. Necə olur ki, Laçın yolunda dayanan digər karvanın yüklərini  buraxa bilir, Bakıdan gətirilən yükləri Xankəndinə buraxa bilmir? Açıq-aydın görünür ki, prosesləri qızışdıran, proseslərə təhriki yön verən Rusiya sülhməramlılarıdır.  Hətta deyərdim ki, Rusiya siyasi rəhbərliyidir. Sosial şəbəkələrdə ermənilər tərəfindən yayılan maşınlar yandıracağıq çıxışlar isə boş-boş sözlərdir. Cəsarəti çatıb bu maşınlara yaxınlaşa, hər hansı sui-qəsd edə bilməzlər. Maşınların  təhlükəsizliyini Azərbaycan təmin edir. Deyirlər acından ölürük, biz də yardım edirik. Onlar bizim dediklərimizə əməl etməli, Azərbaycanla  rentiqrasiya olunmalıdırlar. Başqa yolları yoxdur".
Politoloq hesab edir ki, Fransanın prosesə daxil olması işi biraz da qəlizləşdirir:
"Fransanın bu proseslərə qatılması vəziyyəti gərginləşdirdi. Fransa Prezidenti hökümətin iclasında bildirib ki, Xankəndindəki  bacı, qardaşlarımıza 10 maşından ibarət humanitar yardım göndərəcəklər. Üstəlik bu maşınlar Paris, Marsel kimi iri şəhərlərin merlərinin  iştirakı ilə sərhəd buraxlış məntəqəsindən keçməyə çalışacaq. Tamam başlarını itiriblər. Bunlar bilmir ki, bir ölkənin sərhədindən digər ölkənin sərhədinə keçmək necə olur? Müstəqil  dövlətlərin sərhədlərini keçməyin  beynəlxalq normalara əsaslanan proseduru var. Suveren  dövlətin haqqı var ki, pozulmuş hüquqlarını bərpa etsin. Elə Azərbaycan XİN-də Emmanuel Markona xəbərdarlıq edib ki, proseslərə belə məsuliyyətsiz yanaşmasın. Bu baxımdan görünür məsələ güc tətbiq edilməsinə qədər gedib çıxacaq. Hərhalda ümidimi itirmirəm ki, kompramis də əldə edilə bilər". 
Şəbnəm Zahir

Siyasi       Tarix: 30 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou azerbaycanda son xeberler son xəbərlər bugün 2026 en son xeberler