Tokayev: "Qazaxıstan Rusiyanın ərazi iddialarından qorxmur"
"Qazaxıstanın Rusiyadan ərazi iddiaları ilə bağlı heç bir narahatlığı yoxdur".
KONKRET.az xəbər verir ki, bu sözləri cümə axşamı Berlində keçirilən brifinqdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev səsləndirib.
O bildirib ki, Qazaxıstan və Rusiya arasındakı sərhəd bir vaxtlar delimitasiya və demarkasiya edilib.
"Həmçinin iki ölkənin parlamentləri tərəfindən təsdiq və ratifikasiya olunub. Ona görə də Rusiya tərəfdən ərazi iddiaları ilə bağlı heç bir narahatlığımız yoxdur. Biz ikitərəfli əsasda, eləcə də müvafiq inteqrasiya birlikləri çərçivəsində müntəzəm dostluq əlaqələri saxlayırıq", – deyə Tokayev Qazaxıstanın Rusiya ilə münasibətlərinə dair sualı cavablandırıb.
O xatırladıb ki, Qazaxıstan və Rusiya dünyanın ən uzun quru sərhədinə malikdir. 2013-cü ildə iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında saziş imzalanıb.
Burhan,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ