Tolik xəbərdarlıq etdi: 'Kim olmasından asılı olmayaraq, hər kəs cavabını alacaq
Aparıcı, prodüser Tarix Əliyev sosial şəbəkə hesabında ad çəkmədən xəbərdarlıq ünvanlayıb.
azxeber.com xəbər verir ki, o, haqqında danışan kəslərə cəsarətli olmağı tövsiyyə edib.
O, bəzi məşhurların başqalarının təsiri altında qalaraq addım atdıqlarını deyib:
"Şou-biznesdə olduğum gündən bir çox müğənni ilə işləmişəm, amma heç vaxt onların qanadı altında gizlənməmişəm. Özüm bir fiqur olmuşam və bu fiquru özüm yaratmışam. Heç kim məni Tolik etməyib, özüm medianın, televiziya kanallarının və ən önəmlisi tamaşaçıların marağını cəlb edə bilmişəm. Bugünkü müğənnilərin bəziləri əlindən gələnin ən yaxşısını edir, amma insanların diqqətini cəlb etməyi bacarmırlar. Hətta illərlə səhnədə olan bəzi ulduzlar belə insanlara təsir edə bilmir. Bir neçə gündür görürəm ki, kimlərsə nəsə demək istəyir, amma adımı çəkməyə hünəri olmur. Məncə, cəsarət ən böyük xüsusiyyətdir və cəsarətli olmaq lazımdır. Əgər ürəyində mənə qarşı fikrin varsa, onu açıq və aydın ifadə etməlisən. Heç bir müğənninin və ya imkanli bir adamın təsiri altında olmamalısan. Çünki mən həmişə müstəqil olmuşam və heç vaxt kiminsə maşası olmamışam. Kim olmasından asılı olmayaraq, qarşımda olan hər kəs öz cavabını alacaq".
Aysel

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır