Tolik Zaur haqda: Sənətçini canlı efirdən qovmaq tərbiyəsizlikdir
Ötən gün "Həmin Zaur" verilişində şounun aparıcısı Zaur Kamalın Cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovması kəskin etirazla qarşılanıb
azxeber.com xəbər verir ki, bu hadisəyə tanınmış prodüser və teleaparıcı Tarix Əliyev də münasibət bildirib.
O, sosial şəbəkə hesabında Afşinlə fotosunu paylaşaraq, Zaur Kamalı və şounu yayımlayan ARB televiziyasını tərbiyəsizlikdə günahlandırıb.
"Burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər.
Afşini dəfələrlə efirimə dəvət etmişəm. Zaur da bu gün növbəti dəfə Afşini öz verilişinə dəvət edib. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir.
Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiz öz vətənimizdir?! Bu da vətəninizdə sənətçinizi efirdən qovurlar. Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun! Yaşa! Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA