Toy günü Aynişanın başına iş gəldi
"Oğlan toyunda qız toyundan tamamilə fərqli obrazda oldum. Əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə başqa bir gəlinlik hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə toya bir neçə saat qalmış qaçdıq gəlinlik donu axtarışına".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bir neçə gün əvvəl gəlin köçən bloqqer qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb.
Toy günü gəlinlik paltarında problem yaranan Aynişan başına gələn hadisədən bəhs edib: "Heç şişirtmədən necə var, elə də yazacam. Rəfiqələrimin məsləhəti ilə başqa bir gəlinlik evinə getdik. Geyimi seçdim, amma bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Onu isə bütün işçilər yığışıb bir saata həll etdilər. Hər problem bitmiş halda evə qayıtdım. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa, infarkt keçirərdim".
Qeyd edək ki, fitnes müəllimi Kənanla ailə quran Aynişanın oğlan toyu fevralın 8-də Ağcəbədidə olub.


/open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq