Toya gedən hansı müğənnilər vaksin vurdurub? - SORĞU

Toya gedən hansı müğənnilər vaksin vurdurub? - SORĞUUzun müddətdən sonra Azərbaycanda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verilir. Pandemiya şəraiti olduğundan belə mərasimlər müəyyən qaydalar çərçivəsində keçirilir. Bu qaydalardan ən vacibi toy şənliklərində iştirak edənlərin peyvənd olunmasıdır.
Əlbəttə, şənlik, toy dedikdə ilk ağıla gələn müğənnilər olur. 
Maraqlıdır, toyların sevimli qonağı sayılan müğənnilər peyvənd olunublarmı? Yaxud onlar hansı vaksindən istifadə ediblər?
Modern.az saytının əməkdaşı bu suala cavab tapmaq üçün tanınmış sənət adamlar arasında sorğu keçirib.
Müğənni Manaf Ağayev vaksin vurdurduğunu, amma hansı peyvənddən istifadə etdiyini unutduğunu deyib:
"Əlbəttə, vaksin olunmuşam. Həm də ilk peyvənd olunanlardanam. Amma üzərindən uzun müddət keçdiyi üçün hansı vaksin olduğunu unutmuşam".
Nazənin Salayeva sualı cavablandırmaqdan yayınaraq, bu barədə danışmaq istəməyib.
Mətanət Əsədova isə "Mənə sənətimlə bağlı sual verin", deməklə kifayətlənib.
Müğənni Xatirə İslam vaksinasiyadan keçənlər sırasındadır:
"Vaksin olunmuşam, amma hansı vaksin olduğunu bilmirəm".
Vasif Məhərrəmli "Pfizer" vaksinindən istifadə etdiyini bildirib:
"Bəli, vaksin olunmuşam. Almaniya və Amerikanın birgə istehsalı olan "Pfizer" vaksinindən istifadə etmişəm".
Xalq artisti Gülyanaq Məmmədova isə Çinin "SinoVac" peyvəndinə üstünlük verdiyini vurğulayıb.
"Vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozasının vaxtına az qalıb. "SinoVac" vaksinindən istifadə etmişəm".
Xanəndə Gülyaz Məmmədova hələ avqustda peyvənd olunmağı planlaşdırır:
"Mənim alergiyam olduğu üçün həkim yoxlanışından keçdim. Ona görə hələ vaksin vurdurmamışam".
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.

Sosial       Tarix: 04 avqust 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün