Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi - Ağstafadakı cinayətin təfərrüatı

Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi - Ağstafadakı cinayətin təfərrüatıToyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi - Ağstafadakı cinayətin təfərrüatı
Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisəni törədən 1989-cu il təvəllüdlü Sərxan Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə kəndin çayxanasına gəkərək ov tüfəngi ilə əmisi Qabil Məmmədova atəş açıb. 
Bu zaman Q.Məmmədovun yanında olan Yusif Əsgər oğlu Əlləcov da müxtəlif xəsarətlər alıb.
İlkin məlumatlara görə, hadisəyə bir gün öncə kənddə toy məclisində yaranan anlaşılmazlıq səbəb olub. 
Əmisi içkili vəziyyətdə olan S.Məmmədova özünü yaxşı aparması barədə xəbərdarlıq edib və ona davranışları ilə bağlı irad tutub. Bu gün isə S.Məmmədov əmisi ilə yarımçıq qalan söhbətini davam etdirmək qərarına gəlib. Əmisinin olduğu çayxanaya gələrək onu güllələyib. 
S.Məmmədov artıq polis tərəfindən saxlanılıb.
Yaralıların vəziyyəti orta-ağırdır.
Baş Prokurorluqda Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, eləcə də, ekspertizalar təyin edilib.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
İlkin istintaqla hadisənin Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də, iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. /oxu.az

Sosial       Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən yeni xəbərlər xeber az dunya xeberleri son xeberler bugun 2026 azerbaycan