Toyunda çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçdı
Toyunda çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçdı
Toyunda çağırılmamış qonağı görən bəy nikah mərasimindən qaçıb. Bu barədə əhvalatı toy sahibinin bacısı "Reddit"də danışıb.
Gözlənilməz qonaq elə bəyin anası olub. Müəllifin sözlərinə görə, valideynləri uzun illər əvvəl boşanıb, sonra isə ayrı-ayrı insanlarla ailə həyatı qurublar.
Uşaqlar ataları ilə qalıblar. Onların anaları ilə hər zaman mürəkkəb münasibətləri olub.
Məsələn, atalarının ikinci həyat yoldaşı qəzada həlak olan zaman qadın bayram edib, analıqlarının ölümünə ağlayan uşaqlarını isə yaramazlıqda ittiham edib.
Məqalə müəllifinin sözlərinə görə, qardaşının nişanlısı hər zaman anası ilə münasibətləri normallaşdırmağa çağırıb, mütəmadi olaraq bu barədə söhbətlər aparıb.
"Toyu planlaşdırarkən, nəyinsə düz getməyəcəyini düşünmürdük. Sonra biz kilsəyə getdik. Anamız, onun həyat yoldaşı və uşaqlarını orada gördüm. Dərhal qardaşıma zəng edib çağırılmamış qonaqlar barədə xəbər verdim".
Bəy bu barədə nişanlısından soruşub və anasının onun tərəfindən çağırıldığını eşidəndə isə öz toyundan qaçıb. O, evinə yollanıb, içəri də heç kimi, o cümlədən nişanlısını və onun qohumlarını buraxmayıb. Bəy nişanlısının bu hərəkətindən sonra özünü xəyanətə uğramış hesab etdiyini deyib.
Gəlinin qohumları toy olmayacağı təqdirdə bəyi məhkəməyə verəcəklərini və toya xərclənən pulu tələb edəcəklərini bildiriblər.
Ancaq bəyin qohumları və sosial şəbəkə istifadəçiləri bəyin hərəkətini dəstəkləyiblər. Onlar bildiriblər ki, gənc onun fikrini nəzərə almayan və manipulyasiya etmək istəyən qızdan ayrıldığı üçün bəxti gətirib. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR