Toyvo Klaar: "Ermənistanla Azərbaycan arasında münaqişənin həlli vacibdir"
"Ermənistanla Azərbaycan arasında münaqişənin həlli vacibdir".
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
Onun sözlərinə görə, Aİ Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün səviyyələrində fəal iştirak edir: "Buna ən bariz sübut Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə dörd dəfə görüş keçirmiş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətidir. Biz Cənubi Qafqazdakı sülhdə və firavanlıqda maraqlıyıq".
T.Klaar bildirib ki, Aİ-nin fəaliyyətinin əlamətlərindən biri Ermənistanın Azərbaycanın sərhədyanı bölgəsində müşahidə missiyasının yerləşdirilməsidir. Missiyanın müddəti iki aydır. Vəsait Gürcüstandakı müşahidə missiyasının büdcəsindən ayrılıb. Biz monitorinq missiyasının vaxtını daha uzun müddətə uzada bilmərik. Ümid edirəm ki, monitorinq missiyası Brüsseli yerlərdəki vəziyyət və mövcud çağırışlar barədə daha yaxşı məlumatlandıracaq, beləliklə, sülh prosesi daha effektiv şəkildə təşviq oluna bilər".
"Əminəm ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli, sərhədlərin, kommunikasiyaların açılması, ticarətin bərpası Cənubi Qafqazın hər üç respublikası üçün sərfəlidir", – xüsusi nümayəndə qeyd edib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü