Tramp Cinpinə Azərbaycanla bağlı nə deyib? – Zəngəzurda inanılmaz razılaşma

ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin arasında Cənubi Koreyada baş tutan görüş dünya mediasında böyük maraqla qarşılandı. Liderlərin 1 saat 40 dəqiqə çəkən müzakirəsinin detalları fərqli istiqamətlərdə dəyərləndirilir.
Həmçinin Vaşinqton və Pekin arasındakı mövcud vəziyyətdə görüşün ümumi nəticələri, proseslərə necə təsir edəcəyi də bir sıra suallar doğurur.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan analitik Aqşin Kərimov bildirib ki, Trampla Si Cinpinin danışıqları ABŞ və Çin arasındakı geosiyasi rəqabətin doğurduğu beynəlxalq və regional riskləri nisbi olaraq stabilləşdirmək zərurətindən irəli gəlirdi:
"Ona görə də ABŞ və Çin bu rəqabəti idarə etməyi kritik məqsəd kimi ortaya qoyurlar. Liderlərin yanaşması daha çox Vaşinqton və Pekinin müvəqqəti sövdələşmə əsasında hərəkət sahəsini müəyyənləşdirməyə yönəlib.
ABŞ ilə Çinin əməkdaşlıqla rəqabətin sərhədlərini müəyyən edəcək sabitləşmə mexanizmləri tapacağına dair ümidlər olsa da, tərəflərin strateji rəqabətinin xüsusilə Asiyada yenidən güclənməsi ehtimaldan uzaq deyil.
Nəzərə alsaq ki, son zamanlar ABŞ diplomatiyasının fəallığı nəticəsində Çin Yaxın Şərqdəki proseslərdən sıxışdırılmış kimi görünür, o zaman Pekin rəqibinə qarşı Asiyada başqa kartla oynaya bilər.
Vaşinqton Pekinə Tayvana müdaxilə üçün "yaşıl işıq" yandırsa belə, Ağ Ev bunu gələcəkdə rəqibini cilovlamaqda çətinlik yaradan addım kimi qiymətləndirəcək".
Analitikin sözlərinə görə, həm ABŞ, həm də Çin Rusiyanın ambisiyalarını nəzarət altına ala biləcək oxşar düşüncə tərzinə sahibdir:
"Lakin Çinin Rusiyanı cilovlamaq səyləri fərqli, ABŞ-ın strategiyası isə tamamilə başqa məntiqə söykənir.
Vaşinqton və Pekin Ukraynadakı müharibənin nəticələrini gözləyərkən bu məntiqlərin gələcəkdə hansı formada dəyişə biləcəyini də hesablayırlar.
Rusiya isə ABŞ-dan fərqli olaraq "müttəfiqi" Çin qarşısında kəskin mövqe sərgiləyə bilmir.
Görünür ki, Moskva Pekinin məqsədlərini daha aydın anlamağa və onun maraqlarını Ukraynadakı hərbi kampaniyanın nəticələrinə uyğunlaşdırmağa çalışır".
Kərimovun fikrincə, ABŞ–Çin danışıqlarının nəticələrini qiymətləndirərkən Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasındakı yeni nizamlama tətbiqinə də diqqət yetirmək lazımdır:
"ABŞ ilə Çin Cənubi Qafqazda TRIPP marşrutu (Zəngəzur dəhlizi-red.) üzrə əməkdaşlıq nümunəsi formalaşdırıb. Bu marşrutu intensivləşdirmək və onun xarakterini Mərkəzi Asiyada möhkəmləndirmək niyyətindədirlər.
Çinin TRIPP marşrutuna qarşı kəskin mövqedə dayanmaması, Azərbaycanın iştirak etdiyi layihədə ABŞ-ın da iştirakına etibar etdiyini göstərə bilər.
O baxımdan, Tramp və Si Cinpinin 2 saata yaxın davam edən görüşündə Cənubi Qafqazın da müzakirə mövzusu olması mümkündür. Əgər belədirsə, bu, Pekinin ABŞ-ın regiondakı iştirakına qarşı çıxmadığını və bu istiqamətdə əməkdaşlığa açıq olduğunu göstərir.
Zəngəzur dəhlizi ABŞ ilə Çin arasında tədrici yaxınlaşmaya stimul verən komponent kimi liderlərin diqqətinə çatdırılıb".

Siyasi       Tarix: 30 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi cebheden xeberler xeberler bu gun sonxeber.az