Tramp RƏSMƏN AÇIQLADI: "Xamenei artıq yoxdur"

Tramp RƏSMƏN AÇIQLADI: Yaxın Şərqdə gərginlik pik həddə çatdığı bir vaxtda ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ali Xameneinin öldüyünü açıq şəkildə bəyan edib. O, bu hadisəni "ədalətin zəfəri" kimi qiymətləndirib.
KONKRET.az xəbər verir ki, Tramp yaydığı geniş açıqlamada Xameneini "tarixin ən təhlükəli fiqurlarından biri" adlandırıb və onun ölümünün təkcə İran cəmiyyəti üçün deyil, həm də illər ərzində İran rəhbərliyinin siyasəti nəticəsində zərər çəkmiş amerikalılar və digər ölkələrin vətəndaşları üçün ədalətli nəticə olduğunu bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, həyata keçirilən əməliyyat ABŞ-ın qabaqcıl kəşfiyyat və izləmə imkanları sayəsində mümkün olub. Onun sözlərinə görə, İsraillə koordinasiyalı şəkildə aparılan fəaliyyət nəticəsində yalnız Xamenei deyil, bir sıra yüksək rütbəli şəxslər də zərərsizləşdirilib.
Tramp vurğulayıb ki, bu situasiya İran xalqı üçün "ölkənin taleyini dəyişmək baxımından nadir fürsət" yaradır. O əlavə edib ki, İranın İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), silahlı qüvvələr və təhlükəsizlik strukturlarında parçalanma əlamətləri müşahidə olunur və bəzi dairələr artıq qarşıdurmanı davam etdirmək istəmir. "Seçim indi onların əlindədir: ya toxunulmazlıq, ya da nəticələrə qatlanmaq", – deyə Tramp bildirib.
Prezident eyni zamanda İran ərazisində hərbi əməliyyatların davam etdiriləcəyini də açıqlayıb. Onun sözlərinə görə, "dəqiq və intensiv zərbələr" qarşıya qoyulan məqsədlər yerinə yetirilənədək dayandırılmayacaq.
Qeyd edək ki, son günlər ABŞ mediasında Trampın Xameneinin taleyi ilə bağlı konkret məlumatlara malik olduğu barədə xəbərlər yayılmışdı. O, daha əvvəl verdiyi müsahibədə bu xəbərləri "inandırıcı" hesab etdiyini demişdi. Son bəyanat isə məsələni daha da kəskinləşdirib.
İran rəsmiləri isə bundan əvvəl Xameneinin təhlükəsiz olduğunu və prosesləri birbaşa nəzarətdə saxladığını açıqlamışdılar. Bununla belə, Vaşinqtondan səslənən son iddialar regionda onsuz da həssas olan vəziyyəti daha da mürəkkəbləşdirib.
Tramp RƏSMƏN AÇIQLADI: Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 01 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber cəbhədən görüntülər xeberler bugun sonxabar