Tramp sui-qəsdi erməni siyasi diplomatiyasında təşviş yaradıb

Tramp sui-qəsdi erməni siyasi diplomatiyasında təşviş yaradıb</p> 
 <p>ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra Tramp yaralanıb, lakin həyatı üçün heç bir təhlükə yoxdur. Bu hadisə Trampın seçkilərdə möhkəm mövqelərini daha da gücləndirib. Qatil öldürülüb. Tramp, eləcə də qızı ilk dəqiqələrdə yaydığı açıqlamada ABŞ xüsusi xidmət orqanlarına tez və peşəkarcasına hərəkət etdikləri üçün təşəkkür edib. Bu, diqqətəlayiq bir detaldır.
İctimaiyyətin böyük bir hissəsi var ki, baş verənlərin Trampı gücləndirdiyini əsas götürərək, bunu "şou" adlandırıb. Əgər belə bir şou təşkil etmək mümkündürsə, onda yalnız xüsusi bacarıqları olan super-professional şəxslərin iştirakı ilə bunu etmək olar. Məhz bu anda belə bir sual yaranır ki, millimetr dəqiqliyi ilə təşkil edilən belə "təhlükəsiz sui-qəsd"in başında hansı təşkilatlar dura bilər?
Erməni analitikləri məhz bu məqamın üzərində dayanmalı olublar: "Sui-qəsd nəzəriyyələri sahəsinə girməyək, xüsusən də biz ermənilər üçün məsələ sui-qəsdin "real" və ya "süni" olduğunu öyrənmək deyil, onun ölkənin daxili siyasi həyatına nə kimi təsir edəcəyini anlamaqdır. ABŞ və prezident seçkilərinin nəticələri, eləcə də beynəlxalq vəziyyətlə bağlı ABŞ-ın qlobal miqyasda böyük rolunı nəzərə alanda adamı vahimə basır. Məsələ Ermənistanda əsasən belə bir məntiqlə müzakirə olunur: Trampın qələbəsi bizim üçün faydalıdır, yoxsa Bayden üçün? Bu tamamilə mənasız sualdır. Həmin seçkilərin nəticələrinə həlledici təsirimiz olsaydı, bəlkə də bu sual məntiqli görünərdi.
Ona görə də biz ABŞ prezident seçkilərinin istənilən nəticəsinə, istənilən yeni ABŞ administrasiyası, o cümlədən Trampın mümkün administrasiyası ilə işləməyə hazır olmalıyıq. Tramp prezident olarsa, Ermənistan-ABŞ münasibətləri necə inkişaf edəcək? İrəvan buna hazırlaşırmı? Təbii ki, Trampın ABŞ prezidenti olduğunu və seçkinin texniki prosesə çevrildiyini iddia etmək o qədər də doğru olmaya bilər.
Ümumiyyətlə, ABŞ primitiv proseslər ölkəsi hesab olunmamalıdır. Erməni cəmiyyəti bu proseslərin müxtəlif mümkün ssenarilərinə hazır olmağı bacarmalıdır. Burada mütləq çox iş görülməlidir. Tez-tez deyildiyi kimi, ABŞ-ın strategiyası prezidentlərin dəyişməsinə məruz qalmır, lakin bu strategiyaya xidmət edən taktika dəyişilə bilər. Bu baxımdan erməni başbilənləri ABŞ-ın əhəmiyyətini, imkanlarının miqyasını nəzərə almalıdır. Taktiki dəyişikliklər daha təvazökar aktorlar üçün əhəmiyyətli olur. Ermənistanda hakimiyyətdə kim olursa-olsun ABŞ-ın strateji və taktiki gedişlərini düzgün hesablamalıdır. Azərbaycan kimi ölkələr bu sahədə çox böyük uğurlar qazanıb. Elə Putin dövrünün son mərhələsində taktiki gedişlər elə sürətlə dəyişdi ki, erməni siyasi diploatiyası hələ bunu anlamaqda çətinlik çəkir. Gecə-gündüz ümid edək ki, ABŞ-la bağlı bu faciə təkrarlanmasın".
Qeyd edək ki, bu müzakirələr ABŞ Dövlət katibinin müavini Zeyanın baş nazir Paşinyanla görüşünə təsadüf edib. O görüş ki Ermənistan-Amerika münasibətlərinin dərinləşməsi, o cümlədən Ermənistanın üç istiqamətli islahatlarına dəstək məsələləri müzakirə edilib. Həmin görüşdə ABŞ tərəfi vurğulayıb ki, rəsmi Vaşinqton Ermənistanın müstəqilliyi, suverenliyi və demokratiya məsələlərinə ciddi dəstək göstərəcək.
Görüşlə bağlı yayılan rəsmi press-rezildə vurğulanır ki, Birləşmiş Ştatlar demokratik təsisatların və müstəqil məhkəmə sisteminin gücləndirilməsi, korrupsiya ilə mübarizə və qanunun aliliyinin yüksəldilməsi sahəsində Ermənistanla əməkdaşlığa önəm verir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 15 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son xeberler 2026 valyuta mezennesi banklar cəbhədən ən son xəbərlər