"Trampın bu addımı Azərbaycan və Türkiyə üçün sərfəlidir" - Vaşinqtondan Bakıya YENİ MESAJ
ABŞ prezidenti Donald Trampın "III Dünya Müharibəsinin başlamasına imkan verməyəcəyik" bəyanatı beynəlxalq siyasətdə rezonans doğurub. Onun bu mövqeyinin region dövlətlərinin strategiyasına təsiri də müzakirə olunur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp hazırda həm ABŞ, həm də dünya tarixində sülhpərvər siyasi lider obrazı formalaşdırmağa çalışır:
"O, indiyədək bir sıra mühüm münaqişələrin müvəqqəti dayandırılmasına nail olub. Cənubi Qafqazda da Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin razılaşdırılmış mətni Vaşinqtonda paraflanıb. Bu sənədin ABŞ-ın iştirakı ilə imzalanması region üçün sabitlik və sülh faktoru rolunu oynayacaq".
Politoloqun sözlərinə görə, Trampın "III Dünya Müharibəsinin qarşısını almaq" istiqamətində atdığı addımlar qlobal miqyasda da diqqətlə izlənilir:
"Ukrayna savaşı hazırda dünya müharibəsini alovlandıra biləcək əsas faktor kimi qiymətləndirilir. Tramp isə bu münaqişənin genişlənməsinin qarşısını almağa çalışır. Bu mövqe Azərbaycan və Türkiyə üçün də sərfəlidir. Çünki hər iki ölkə müharibə tərəfi olmaq istəmir".
Ekspert əlavə edib ki, Çin də qlobal müharibə tərəfdarı deyil:
"ABŞ-ın Çinlə ciddi siyasi-iqtisadi rəqabəti mövcuddur, lakin bu, hərbi qarşıdurmaya keçməyib. Trampın sülhpərvər mövqeyi davamlı olarsa, dünya üçün sabitlik vəd edə bilər. Əsas məsələ beynəlxalq hüquq normalarının qorunmasıdır. Bu, qlobal savaşın qarşısını ala biləcək ən vacib amildir".
Beləliklə, Trampın sülh yönümlü bəyanatları həm regional, həm də beynəlxalq müstəvidə sabitlik üçün ümidverici siqnal hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO