Trampın oğlanlarının Qazaxıstandakı bu hərəkəti dünyanı ŞOK ETDİ
ABŞ prezidenti Donald Trampın oğulları, Erik Tramp və Donald Tramp Jr. Qazaxıstanda volfram yataqlarının işlənməsi ilə bağlı şirkətə ortaq olublar.
KONKRET.azxəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp qardaşları 2025-ci ilin avqust ayında "Skyline Builders" adlı tikinti qrupunda pay əldə ediblər. Bir sıra əməliyyatlardan sonra "Skyline" şirkəti "Cove Capital" investisiya qrupu ilə əlaqəli olan "Kaz Resources" şirkətində 20%-lik paya sahib olub. Daha sonra "Kaz Resources" və Qazaxıstandakı layihələrə nəzarət edən "Cove Kaz Capital" strukturu "Skyline" ilə birləşdirilib.
Nəşr xatırladır ki, ötən il ABŞ-ın İxrac-İdxal Bankı və Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) Qazaxıstanda volfram hasilatı layihələrinin dəstəklənməsi üçün 1,6 milyard dollara qədər maliyyə ayırmağı təsdiqləyib. Bu layihələrdə nəzarət paketi (70%) "Cove Kaz Capital" strukturuna məxsusdur.
Donald Tramp Jr.-ın nümayəndəsi Financial Times-a bildirib ki, o, yalnız passiv investor kimi çıxış edir. Yəni şirkətlərin gündəlik fəaliyyətində iştirakı yoxdur və investisiya etdiyi qurumların maraqları naminə federal orqanlarla əlaqə saxlamır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK