Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi

Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdiTürkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol özünün COP29 pavilyonunda dayanıqlılıq üzrə planlarını və məqsədlərini bölüşür. Eyni zamanda Türkiyənin Dayanıqlı Gələcək Platformasının pavilyonuna baş sponsorluq edən şirkət COP29 çərçivəsində dayanıqlılıq sahəsində fəaliyyət göstərən türk və azərbaycanlı elm adamlarını bir araya gətirərək dayanıqlılıq və iqlim müzakirələrinə dəstək olur.
BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etməkdə ""Trendyol""un əsas məqsədi buradakı aparıcı ekspertlər, təşkilatlar və şirkətlərlə təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin, dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə iqlim dayanıqlılığı və dayanaqlı biznes təcrübəsini artırmaq üçün gələcək strategiyaların formalaşmasında mühüm rol oynayacaq.
Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkətinin prioritet hədəflərindən biri ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməkdir. Şirkət "Birlikdə Transformasiya" şüarı altında həyata keçirdiyi layihələrini COP29 çərçivəsində ictimaiyyətə təqdim edir, ekoloji təşəbbüslərini vurğulamaqla sosial məsuliyyətli qurum kimi planlarını nümayiş etdirir.
"Trendyol""un Dayanıqlılıq Hesabatı: 2025-ci ilə qədər qablaşdırma materiallarının 100%-i sertifikatlaşdırılacaq
Trendyol COP29 tədbiri çərçivəsində 2023-cü il üçün Dayanıqlılıq Hesabatını təqdim edib. Şirkət ətraf mühit və sosial təsir layihələri üzrə hədəflərindəki irəliləyişləri bölüşüb. ""Trendyol""un dayanıqlılıq hesabatı dünya, insan və idarəetmə kateqoriyalarında 9 fərqli mövzunu əhatə edir. Hesabat şirkətin ətraf mühitə həssas yanaşmasını və cəmiyyətə uzunmüddətli töhfələr verən həllər təqdim etmə vədini nümayiş etdirir. Trendyol bu hesabatla öz məqsədlərinə doğru irəlilədiyini və dayanıqlılıq hədəfi istiqamətində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayır.
2022-ci ildən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik olan ilk e-ticarət şirkəti Trendyol Dayanıqlı Təsir Planı çərçivəsində Scope 1 və 2 emissiyalarını ümumilikdə 16% azaldıb. Bütün logistika şəbəkəsində qablaşdırma və tullantıların idarə edilməsini optimallaşdıraraq, tullantıların 96,7%-ni təkrar emal edib və birdəfəlik plastik istehlakını 57% azaldıb. Həmçinin şirkət dayanıqlı qablaşdırma strategiyası ilə karqo qablaşdırmalarının 70%-ni təkrar emal edilmiş materiallardan istehsal edib. Şirkət 2025-ci ilə qədər bütün logistik mərkəzlərində sıfır tullantı sertifikatı almağı hədəfləyir. Bu hədəfdən sonra isə platforma pərakəndə qablaşdırma materiallarının 100%-ni sertifikatlaşdırılmış mənbələrdən təmin edəcək.
Trendyol əməliyyatlarında və dəyər zəncirində karbon emisiyyalarını azaltmaqla 2040-cı ilə qədər karbon neytral olmağı və 2050-ci ilə qədər bütün dəyər zəncirində bu hədəfə çatmağı hədəfləyir.
Erdem İnan: ""Dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq""
"Şirkətimizin qlobal miqyasda genişlənməsi prosesində biz dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq. Gələcək nəsillərə daha yaşana bilən dünya qoya bilmək üçün dayanıqlılıqla bağlı qlobal mübarizəyə töhfə vermək məsuliyyətimizin fərqindəyik. Bu il COP29-da 2023-cü il üzrə Dayanıqlılıq Hesabatımızı qlobal ictimaiyyətə elan etməklə fəaliyyət göstərdiyimiz hər bir bazarda dayanıqlı müsbət təsir yaratmaq üçün gördüyümüz işləri təqdim etdik. Biz həmçinin e-ticarət sektoru və dünya miqyasında e-ticarət ekosistemi üçün mühüm mərhələ olduğuna inandığımız "Birgə Transformasiya Akademiyası"nı elan etdik," - deyə Trendyol Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.
""Trendyol""un dayanıqlılıq layihələri COP29-da müzakirə edilib
COP29-da Yaşıl Zonada yeganə türk şirkəti olan Trendyol, eyni zamanda Türkiyədən öz pavilyonu ilə konfransda iştirak edən qeyri-hökumət təşkilatı Dayanıqlı Gələcək Platformasının əsas sponsorluğunu öz üzərinə götürüb. Şirkət COP29 çərçivəsində üç paneldə davamlılıq strategiyasını və layihələrini iştirakçılarla paylaşıb. Dayanıqlı Gələcək Platformasının pavilyonunda, Dr. Özlem Tuğçe Keleşin moderatorluğu ilə, Trendyol Qrupun Korporativ Kommunikasiyalar Direktoru İrem Poyraz, ""Sustainee Consultancy""nin qurucusu Ezgi Eğribozlu və ""Cabana Education and Consultancy""nin nümayəndəsi Dr. İşıl Şahan 2023-cü il Dayanıqlılıq Hesabatını və ""Trendyol""un bu sahədəki hədəflərini müzakirə edib. "Esmiyor" platformasından Naz Yamanın moderatorluğu ilə keçirilən digər sessiyada isə, İrem Poyraz və Türkiyədə BMT-nin İnkişaf Proqramının layihə koordinatoru Arzu Karaarslan Əzizoğlu ""Trendyol""un Azərbaycanda və digər bazarlarda həyata keçirdiyi sosial təsir layihələrindən danışıb. Kapital Bankın icraçı direktoru Fərid Hüseynovun və PwC şirkətinin nümayəndəsi Xəyalə Eylazovanın qatıldığı və "Trendyol""un Azərbaycandakı biznes partnyoru PAŞA Holdinqin pavilyonunda keçirilən "Rəqəmsallaşma vasitəsilə dayanıqlılıq" panelində İrəm Poyraz, ""Trendyol"-un "Birlikdə Transformasiya" yanaşmasını, rəqəmsallaşmanın dayanıqlılıqdakı təsirini və "Birgə Transformasiya Akademiyası"ndan bəhs edib.
Trendyol qadınların səlahiyyətləndirilməsi, gənc sənətkarların və təşkilatların dəstəklənməsi üçün xüsusi proqramlar da həyata keçirir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı "Sabahın kəndləri" layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, "Trendyol"un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.
Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdiTrendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdiTrendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdiTrendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdiTrendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdiTrendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdiTrendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi/ azxeber.com

İqtisadiyyat       Tarix: 22 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı

Yelo Bank müştərilərin böyük marağını nəzərə alaraq Yelo Taksit kartı üzrə sərfəli yay kampaniyasının müddətini uzatdı və şərtlərini daha da genişləndirdi!. 14 avqust tarixinədək Yelo Taksit kartının kredit xəttindən istifad

TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapita

Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası

Yelo Bank korporativ müştərilərinin işini sadələşdirən rəqəmsal həllərini genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti yenilik sayəsində hüquqi şəxslər və fərdi sahibkarlar Yelo İnternet Bankçılıq platformas

Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?

Kənd yerlərində yaşayan bir sakinin cibindən hər ay orta hesabla 368,2 manat çıxır. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kənd sakinlərinin ən çox vəsait ayırdığı sahə qida məhsullarıdır. Belə ki, bir nəfəri

"Azeri Light" ucuzlaşıb – Neftin qiymətinə nə təsir edir?

Dünya bazarında Azərbaycan neftinin qiymətində cüzi ucuzlaşma qeydə alınıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 95,5 ABŞ dolları olub. Hazırkı qiymət Azərbaycanın 2026-cı il dövlə

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Azərbayca

620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. 1, 2 və 3 otaqlı mənzillər üzrə aylıq ödənişlə

Azercell-dən illik "ZengimCELL" xidməti

Yeni təklif istifadəçilərə bir il ərzində zənglərini sevimli melodiyalarla fərdiləşdirmək imkanı yaradır. Azercell "ZengimCELL" xidmətinin yeni illik abunə paketini təqdim edir. Bu təklif istifadəçilərə 12 ay ərzind

KOBİA və Marsol Group sahibkarları bir araya gətirdi – Yeni əməkdaşlıqlar müzakirə olundu

7 avqust tarixində Marsol Group-un təşkilatçılığı ilə növbəti "İşgüzar Səhər Yeməyi" keçirilib. xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədo


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 son xeberler bugun 2026 canli ən son xəbərlər bugün xeberler bugun 2026