TRT AZTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır
TRT AZTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır
TRT Qarabağla bağlı sənədli film hazırlayır.
Bu barədə TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Eren "Yeni Azərbaycan" qəzetinə müsahibəsində məlumat verib.
İ.Eren bildirib ki, gerçək həyat hekayələrindən bəhs edən sənədli film altı bölümdən ibarət olacaq. Filmin bu il ərzində "TRT Avaz" kanalında yayımlanması planlaşdırılır.
TRT-nin Baş direktoru "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin sənədli filmin hazırlanmasına böyük dəstək verdiyini deyib: "Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm".
İbrahim Eren əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdıracaq: "Biz Azərbaycan üçün nə qədər çox iş görsək də, daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi - "İki dövlət, tək millət"ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik".
"Yeni Azərbaycan" qəzetinə müsahibəsində İbrahim Eren ortaq serialların çəkilməsi ilə bağlı da məlumat verib. Vurğulayıb ki, bununla bağlı AzTV və digər kanallarla birgə əməkdaşlıq sahəsində daha konkret addımlar atılacaq. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR