Tural Abbaslı: "III Qarabağ müharibəsi istənilən anda başlaya bilər" - ÖZƏL

Tural Abbaslı: "Düşünürəm ki, sülh məsələsi cəmiyyətdə, beynəlxalq aləmdə də lazım olduğundan çox müzakirə olunur, sülhə inanılır. Amma Ermənistanı tanıyan adamlar kimi deyə bilərik ki, sülh məsələsi heç də rahat başa gəlməyəcək və Ermənistan könüllü şəkildə sülh müqaviləsi imzalamayacaq".
KONKRET.az-a özəl açıqlamasında bunları deyən Ağ Partiyanın sədri Tural Abbaslı əlavə edib ki, İrəvan sülhə imza atsa belə, müqaviləyə əməl etməyəcək:
"Necə ki 10 noyabr razılaşmasına hələ də əməl eləmirlər, baxmayaraq ki, həmin üçtərəfli bəyanat imzalananda (2020) indikindən daha ağır vəziyyətdə idilər. Yəni bu o deməkdir ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirsə, onu sülhə məcbur eləməlidir. Ermənistanı şərt qarşısında qoymalıdır. Ermənistan imtina edə bilməyəcəyi təkliflər və şərtlər qarşılığında hər hansı bir sülhə imza ata bilər. O sülh beynəlxalq normalara və Azərbaycanın maraqlarına uyğun sülh olmalıdır. Ermənilər isə öz maraqlarını əks etdirən sülhü istəyirlər, o da bizə sərf eləmir. Çünki biz elə bir sülh istəsəydik, 44 günlük müharibə aparmazdıq. 3 mindən artıq şəhid verməzdik".
Tural Abbaslının fikrincə, Azərbaycanın maraqları tələb olunan sülh şərtlərinə Ermənistan razılıq verməyib və verməyəcək. Ona görə də insanlar arasında müharibə ehtimalları dolaşmaqdadır:
"Çünki hər kəs bilir ki, Ermənistan bu sülhə müharibəsiz razılaşmayacaq. Amma Azərbaycanın tələbləri göz qabağındadır. 5 şərtimiz var: ərazi bütövlüyümüz tanınmalıdır, Qarabağın status məsələsi müzakirə edilməməlidir, Naxçıvanla Azərbaycan arasında yol yox, Ermənistan yurisdiksiyasından asılı olmayan, məhz dəhliz olmalıdır. Əslində mən delimitasiya və demarkasiya prosesinin də 1918-1920-nin xəritələrinə əsasən aparılmasının tərəfdarıyam.
Azərbaycanın haqlı tələbləri var, Ermənistan isə bunu qəbul eləmək istəmir".
Ağ Partiya liderinin sözlərinə görə vəziyyət belə qaldıqca, III Qarabağ savaşı istənilən anda başlaya bilər. Təhlükəsizlik, ərazi bütövlüyü və suverenliyi qorumaq üçün müharibə digər ölkələr kimi Azərbaycanın da legitim hüququdur.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 14 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxabar beynelxalq bank mezenne xeberler bu qun