Tural Abbaslı və partiyası Parlament seçkilərində iştirak edəcək? - AÇIQLAMA
"Əslində, bizim seçkilərdə iştirak etməklə bağlı qərarımız var idi. Artıq seçki gününün müəyyən olunması bizə imkan verir ki, digər rəsmi protokol qərarlarını təyin edək və seçkilərdə partiya olaraq iştirak edək".
Bu sözləri azxeber.com-a açıqlamasında "Ağ Partiya" lideri Tural Abbaslı parlament seçkilərində iştirak edib-etməyəcəyini münasibət bildirərkən deyib.
Partiya sədri əlavə edib ki, partiyası parlament seçkiləriylə əlaqədar sabah iclas keçirəcək:
"Bildiyiniz kimi, seçki günü sentyabrın 1-ə təyin edilib. Sabah partiyamız iclas keçirəcək. İclasda partiyanın seçkilərdə iştirakıyla bağlı qərar veriləcək. Eyni zamanda, artıq fərdi qaydada deyil, "Ağ Partiya" olaraq bu seçkilərdə iştirakla bağlı lazımi sənədləşdirmə işlərinə başlanılacaq. Partiya olaraq xeyli qəliz bir prosedura gediləcək. Burada səlahiyyətli nümayəndələrin, maliyyə üzrə nümayəndələrin, protokolların MSK-ya təqdim olunması, səlahiyyətli nümayəndələrin siyahısının, o cümlədən vəkalətlərin təyin olunması müəyyənləşəcək. Bizim qərarımız odur ki, partiya olaraq mümkün qədər çox dairədən təmsil olunaq. Lakin yekun qərar yəqin ki, iclasdan sonra məlum olacaq".
T. Abbaslı AXCP sədri Əli Kərimlinin seçki ilə bağlı tənqidi fikirlərinə də toxunub:
"Mənim 24 illik siyasi təcrübəm var. Siyasi partiyalar seçkilərə yeri gələndə yayda, yeri gələndə də qışda hazır olmalıdır. Hər mövsümün özünün müsbət və mənfi tərəfləri var. Mən bunların hamısını sadalaya bilərəm. Burada məsələ bilirsiz nədir?! Belə bir məsəl var ki, "çobanın könülü olsa, təkədən pendir tutar". Bu o deməkdir ki, onların seçki prosesində iştirak etməyə imkanları yoxdur. Bu səbəbdən də hər cür bəhanə axtarlırlar. Sözün düzü, onun fikirləri nə mənə, nə də cəmiyyətə maraqlıdır. Küçəyə çıxın, sorğu keçirin, bir adama onun seçkidə iştirak etməsi maraqlı deyil. Biz düşünürük ki, seçkidə iştirak etmək fürsətdir. Hər bir partiya hakimiyyətə gəlmək üçün yaranıb. Seçkilərlə hakimiyyətə gəlmək yeganə, hüquqi və legitim yoldur. Başqa yol yoxdur. Gəlin, bu seçkini, digərlərini də boykot edək. Bəs, nə təklif olunur? Hansı formada gələk hakmiyyətə? Seçkidən başqa bunun başqa yolu varmı?".
Mikayıl Mirzəzadə
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib