Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan Radiosunun 100 illik yubileyi və Televiziya və Radio Günü münasibətilə paylaşım edib.
azxeber.com xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı!" sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tarixinin əsasını qoyub, ölkənin ictimai və mədəni həyatında, milli dəyərlərin təbliğində mühüm rol oynayıb.
Hikmət Hacıyev qeyd edib ki, 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, televiziya və radio ötən illər ərzində ölkənin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq milli-mənəvi irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayıb.
Prezidentin köməkçisi müasir dövrdə Azərbaycan televiziya və radiosunun ənənələrini qorumaqla yanaşı, rəqəmsal platformalara inteqrasiya və texniki imkanların genişləndirilməsi istiqamətində inkişaf etdiyini vurğulayıb.
O, həmçinin Prezident İlham Əliyevin noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsini bu sahədə uzun illər çalışan peşəkarların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Hikmət Hacıyev yubiley və peşə bayramı münasibətilə bütün teleradio əməkdaşlarını, o cümlədən sahənin veteranlarını təbrik edərək onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.
Fəridə Əsədzadə
PAYLAŞ
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev