Turanə Məcidli və Fəttah Fəttayevə vəzifə verildi

Turanə Məcidli və Fəttah Fəttayevə vəzifə verildiBakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.
azxeber.com xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən Fəttah Fəttayev və Turanə Məcidli BŞTİ-nin müdir müavini vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Fəttah Fəttayev 1997-2019-cu illərdə Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksində pedaqoji fəaliyyətlə məşğul olub. 2019-2026-ci illərdə Bakı şəhəri 161 və 214 nömrəli tam orta ümumtəhsil məktəblərində direktor vəzifəsində fəaliyyət göstərib.
2012-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub, 2016-cı ildə Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb, 2023-cü ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib. 10-dan artıq elmi məqalənin, 8 kitabın, o cümlədən 6 dərs vəsaitinin müəllifidir.
Turanə Məcidli 2015-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 329 nömrəli tam orta ümumtəhsil məktəbində və Bakı Modern Təhsil Kompleksində kimya müəllimi işləyib.
2022-ci ildə Bakı şəhəri 106 nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini, 2023-2025-ci illərdə 2 nömrəli Texniki-humanitar liseydə direktor vəzifələrində çalışıb. 2024-cü ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda "Təhsilin təşkili və planlaşdırılması" ixtisası üzrə doktorantura təhsili alır. 2025-ci ildən BŞTİ-də Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.
Turanə Məcidli və Fəttah Fəttayevə vəzifə verildiTuranə Məcidli və Fəttah Fəttayevə vəzifə verildi

Sosial       Tarix: 08 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeber.az iqtisadiyyat xeberleri bugun maliyye xeberler bugun