Turizm dələduzlarından necə qorunmaq olar? - FOTO

Turizm dələduzlarından necə qorunmaq olar? - FOTOTurizm dələduzlarından necə qorunmaq olar? - FOTO
Azərbaycanda yay istirahət mövsümünün gəlməsi ilə ölkənin regionlarına və xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb.
Buna paralel olaraq turizm sektorunda fəaliyyət göstərən dələduzlar da aktivləşiblər.
Ara-sıra sosial şəbəkələrdə onların qurbanı olmuş şəxslərin paylaşımlarına rast gəlinir. "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyi vətəndaşlara müraciət edərək onları turizm xidmətlərindən istifadə edəndə (tur-paketlər alanda) ehtiyatlı olmağa çağırıb. Bəs turizm dələduzlarından necə qorunmaq olar?
Turizm dələduzlarından necə qorunmaq olar? - FOTO"Report"a açıqlama verən Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, hansısa şirkətdən turizm məhsulu alanlar bunu müqavilə ilə rəsmiləşdirməli, amma bağladıqları müqaviləni diqqətlə oxumalıdırlar. "Müqavilədə turizm şirkətinin rəhbər şəxsinin adı, şirkətin rəsmi ünvanı və başqa məlumatlar qeyd edilməlidir. Əgər nəsə uyğunsuzluq varsa vətəndaş birbaşa şirkəti məhkəməyə belə verə bilər", - deyə o qeyd edib.
Bundan başqa, turizm rəsmisinin sözlərinə görə, şirkətlər arasında seçim edərkən də diqqətli olmaq lazımdır:
"Səyahət etmək üçün etibarlı tərəfdaş axtaran şəxslər assosiasiyanın internet səhifəsinə daxil olub onun bizim üzvlərimizin arasında olub-olmaması ilə maraqlana bilərlər. Çünki üzvlük zamanı şirkətlər hərtərəfli yoxlanır, belə demək mümkünsə, mikroskopdan keçirilir. Məsələn, onların vergi borcunun olub-olmaması, adının hər hansı cinayət işində çəkilib-çəkilməməsi, daimi ofisinin olub-olmaması araşdırılır. Bu gün bir sıra turizm şirkətlərinin ofisi yoxdur, onlar tur-paketləri avtobus dayanacağında, metroların giriş-çıxışlarında, parklarda, bulvarda və s. yerlərdə satırlar. Bu isə düzgün deyil. Dövlət Turizm Agentliyinin yaratdığı turizm reyestri də sektorda şəffaflaşma üçün əsas amillərdəndir. Belə ki, reyestrə məhz şəffaf fəaliyyət göstərən şirkətlər salınır. Bu isə turizm dələduzluğun qarşısını, tam da olmasa, müəyyən qədər alır".

Turizm       Tarix: 15 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler son xeber cəbhədən son məlumatlar son.xabar