Turizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməkdirmi? – ARAŞDIRMA

Turizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməkdirmi? – ARAŞDIRMATurizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməkdirmi? – ARAŞDIRMA
Müasir dünyada turist səfərləri (səyahət) insan həyatının ayrılmaz hissəsidir.
Turizm həm də mühüm sosial-iqtisadi, mədəni-ekoloji, beynəlxalq və digər funksiyaları yerinə yetirmək baxımından cəlbedicidir. Bunun fonunda təbii və texnogen təhlükələr, o cümlədən ekoloji, fövqəladə hallar turistləri səyahətləri zamanı davamlı olaraq müşayiət edir. Avtomobil, təyyarə qəzaları və bu kimi digər təhlükəli hadisələr nəticəsində turistlərin həyatına, sağlamlığına və əmlakına zərər dəyir. Həmçinin daha az proqnozlaşdırıla bilən təhlükəsizlik təhdidləri artır.
Turizmin təşkilinin ən mühüm elementlərindən biri turistlərin həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanda turistlərin təhlükəsizliyi "Turizm haqqında qanun"un müvafiq bəndi ilə tənzimlənir. Amma son vaxtlar baş verən hadisələr qanuna tam əməl edilmədiyindən xəbər verir.
"Kaspi" qəzetində mövzu ilə bağlı material yayımlanıb.
Bu yaxınlarda Lerik rayonunda yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 8 nəfərin faciəli şəkildə ölməsi və bir o qədər turistin ağır yaralanması, iyun ayında Şamaxı-Bakı yolunda məktəblilərin olduğu avtobusun qəzaya düşməsi, ekstremal turizmlə məşğul olan insanların təbii fəlakətlə üzləşməsi və s. hadisələrin baş verməsi bu sahədə təhlükəsizliklə bağlı bır sıra boşluqların olmasının göstəricisi kimi dəyərləndirilə bilər.
Qanun turizm xidmətləri göstərən şəxslərin üzərinə turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək məsuliyyəti qoysa da, buna lazımınca əməl olunmur. Turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin öhdəlikləri sırasına "Turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq" tələbi daxildir. Belə ki, turizm təşkilatçıları səfər zamanı turistlərə və ekskursantlara səyahətlərin xüsusiyyətləri, habelə səyahət zamanı onların üzləşə biləcəkləri, həyat və sağlamlıqlarını, əmlaklarını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməyə cavabdehdirlər. Bu məlumatlar yazılı və şifahi formada verilə bilər.
Turizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməkdirmi? – ARAŞDIRMAAzərbaycan Turizm Agentliyindən (ATA) bildirildi ki, tur zamanı turistlərin həyat və sağlamlığına zərər dəyməsinə səbəb olan hadisələrin baş verdiyi hallarda tur xidməti təşkilatçılarının və avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin əhatə dairəsi dəqiq müəyyən edilməlidir. Belə ki, "Turizm haqqında" qanunun 16.5.2-ci maddəsinə əsasən, turoperator və turagentlərin turistlərə təxirəsalınmaz yardım göstərilməsini təşkil etmək öhdəliyi vardır: "Eyni zamanda, yol-nəqliyyat hadisələri bilavasitə sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, sərnişinlərə dəyən zərərin ödənilməsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əsasında həyata keçirilir". ATA bildirir ki, tur xidməti təşkil edən şəxslərə turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq olaraq hər bir turistin könüllü qaydada səfər sığortasının təşkil edilməsi tövsiyə edilir.
Turizmçilər də hesab edirlər ki, turizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməklə bitməli deyil. Təşkilatçılar turistlərə mütləq səyahət zamanı rast gələ biləcəkləri, həyat və sağlamlıqlarını, əmlaklarını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməlidirlər.
Turizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməkdirmi? – ARAŞDIRMATurizmçi Ceyhun Aşurov Lerikdə baş verən hadisədə həlak olanların turist deyil, ziyarətçi olduqlarını bildirir: "Turist yaşadığı yeri ən azı bir gün tərk edib gedən şəxsdir. Amma media dini ziyarətə gedənləri "turist" kimi təqdim etdi. Ziyarətçilər özfəaliyyət şəklində hərəkət ediblər. Bir nəqliyyat vasitəsi ilə anlaşıb kirayələyərək təyin olunan məntəqəyə gediblər. Burada hər hansı turizm şirkətinin fəaliyyətindən söhbət getmir. Bu məsələdə qiymət faktoru da rol oynayıb". Turizmçinin sözlərinə görə, peşəkar turizm şirkətləri belə insanları apararkən daha çox məsuliyyət daşıyır, nəqliyyatın  nasazlığına, sürücünün peşəkarlığına fikir verirlər: "Turizm şirkətlərinin konkret işlədikləri nəqliyyat şirkətləri var ki, onlarla iş görürlər. Burada, təbii ki, sığortalanma halları olur. Təəssüf ki, bəzi turizm şirkətləri ucuzluğa gedərək təhlükəsizlik məsələlərinə o qədər əhəmiyyət vermirlər. Qanunda artıq bu fəaliyyət tənzimlənir və sığortalanma məsələsi mütləq işə düşür. Hər zaman tövsiyə olunan odur ki, vətəndaşlarımız, turistlər riskli bölgələrə, tanımadıqları yerlərə səfər edərkən təhlükəsizlik məsələləri ilə bağlı peşəkar şirkətlərlə işləməyə üstünlük versinlər. Əks halda, o marşrutda və ya səfər zamanı yarana biləcək qəzada cavabdehliyi kimsə daşımır". C.Aşurovun fikrincə, faciəvi və ya hər hansı xoşagəlməz hadisələrin yaşanmaması üçün peşəkar şirkətlərin xidmətinə üstünlük vermək lazımdır: "Düzdür, bu xidmətlər nisbətən baha ola bilər. Amma önəmlisi odur ki, səyahət həm sığortalı, həm də təhlükəsiz olur".
Turizm təşkilatçılarının işi yalnız turizm zərfi satmaq və ya tur təşkil etməkdirmi? – ARAŞDIRMATurizmçi Eldəniz Səfərov bildirir ki, bu mövzuda ümumi turizmlə məşğul olanlardan, texniki vasitələrdən, dövlət orqanlarının nəzarətindən, sığortalanma qaydalarından, turistlərin davranış qaydalarına qədər incəliklər var: "Sığorta olmalıdır. Ancaq görürük ki, Lerikdəki qəza zamanı turu avtobus sürücüsü təşkil edib. O, heç bir məsuliyyət hiss etmir".
Nəzərə almaq lazımdır ki, bu gün turizmdə təhlükəsizlik məsələsi turist axınına, o cümlədən gəlmə turizmin səviyyəsinə artan təsir göstərən amilə çevrilir. Turizm sahəsinə cavabdeh şəxslərdən tutmuş, tur təşkil edənlərə və marşrut sürücülərinə qədər bu məsuliyyəti dərk etsələr, özfəaliyyətə yox, peşəkarlığa yer versələr, bu, qanunun mövcud maddəsi ilə adekvat olar. Çünki söhbət insan həyatından gedir... / oxu.az

Turizm       Tarix: 26 sentyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az