Türk dövlət başçılarının azad edilmiş torpaqlara səfəri qardaşlıq həmrəyliyinin təzahürüdür' - Deputat

Türk dövlət başçılarının azad edilmiş torpaqlara səfəri qardaşlıq həmrəyliyinin təzahürüdür' - Deputat"Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər daim Türk dövlətləri tərəfindən müsbət qarşılanır. Ölkəmizin növbəti beynəlxalq təşəbbüsü də bu istiqamətdə atılan addımlardandır. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
"Son illər Türk Dövlətlərinin qarşılıqlı əlaqələrinin daha da sıxlaşması digər məsələlərdə də özünü göstərir. Türk dünyasının böyük coğrafi məkanı əhatə etməsinə baxmayaraq, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Bununla yanaşı qarşıya qoyulmuş əsas məqsədlərdən biri olan Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməsi yolunda da inamı addımlar atılır. Biz unutmamalıyıq ki, zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir. Bundan da mütləq şəkildə Türk dünyası birləşərək səmərəli şəkildə istifadə etməlidir. Cənab Prezident həmişə qeyd edir ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu inkişafda da gördüyümüz kimi Preziden İlham Əliyev böyük əmək sərf edir. Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığı üçün Azərbaycan Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür", - deyə millət vəkili vurğulayıb.
Deputat qeyd edib ki, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir:
"Biz bunu işğaldan azad edilmiş tarixi torpaqlarımıza səfərlər zamanı da müşahidə etdik. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etməsi artıq türk dövlətlərinin də bizim yanımızda olması və türk dünyasının inkişafına töhfə verməsinin təzahürüdür".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 12 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son xeberler 2026 valyuta mezennesi banklar cəbhədən ən son xəbərlər