Türk dövlətləri real hərbi gücə necə çevrilə bilər? - MÜHÜM MƏQAMLAR

Türk dövlətləri real hərbi gücə necə çevrilə bilər? - MÜHÜM MƏQAMLARPrezident İlham Əliyevin Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı təklifi regional təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. Maraqlıdır, türk dövlətləri arasında birgə hərbi təlimlərin keçirilməsi regional sabitliyə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi artıq zərurətə çevrilib. Onun sözlərinə görə, son 30–35 il ərzində bu istiqamətdə ciddi addımların atılması çətin idi, çünki uzun müddət yalnız Türkiyə müstəqil türk dövləti kimi fəaliyyət göstərirdi, digər türk respublikaları isə müstəqilliklərini nisbətən yeni bərpa etmişdilər.
Politoloq qeyd edib ki, türk dövlətləri inteqrasiya baxımından bir neçə mərhələdən keçib:
"İlk mərhələdə mədəni inteqrasiya, daha sonra iqtisadi və siyasi əməkdaşlıq ön planda idi. Bu sahələrdə müəyyən nailiyyətlər əldə olundu. Ancaq hazırkı mərhələdə TDT çərçivəsində hərbi əməkdaşlıq artıq qaçılmazdır. Çünki dünyada çox ciddi geosiyasi proseslər gedir və yaxın illərdə çoxqütblü beynəlxalq sistem formalaşacaq".
Türk dövlətləri real hərbi gücə necə çevrilə bilər? - MÜHÜM MƏQAMLARFaiq Ələkbərli hesab edir ki, bu yeni qlobal reallıqda türk dövlətləri də müstəqil güc mərkəzlərindən birinə çevrilə bilər:
"Çoxqütblü dünyada artıq tək bir güc yox, bir neçə güc mərkəzi olacaq. Onlardan biri də Türk Dövlətləri Təşkilatı ola bilər. Bunun üçün TDT yalnız mədəni və iqtisadi deyil, eyni zamanda siyasi və hərbi gücə də sahib olmalıdır".
Politoloqun fikrincə, TDT çərçivəsində hərbi əməkdaşlıq təkcə ayrı-ayrı türk dövlətlərinin deyil, bütövlükdə türk dünyasının təhlükəsizliyinə xidmət edəcək:
"Bugünkü dünyada təhlükəsizlik və hərbi güc əsas amillərdən biridir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, müəyyən dövrlərdə hərbi güc daha ön plana çıxır. Hazırkı mərhələdə bu amilin əhəmiyyəti əvvəlki illərlə müqayisədə xeyli artıb".
O, əlavə edib ki, yalnız bir və ya iki türk dövlətinin güclü olması kifayət deyil:
"Türk dövlətləri güclərini birləşdirərək həm regionda, həm də qlobal miqyasda real güc mərkəzinə çevrilməlidirlər. Qərbdə Türkiyə və Azərbaycan, şərqdə isə Özbəkistan, Qazaxıstan kimi dövlətlərin bu birliyin əsas dayaqları ola bilər. Macarıstanın da bu hərbi əməkdaşlığa maraq göstərməsi diqqətçəkəndir. Hətta türk olmayan, lakin özünü türk dünyasına yaxın hiss edən bəzi ölkələrin də bu prosesə cəlb olunması mümkündür".
Faiq Ələkbərli vurğulayıb ki, Azərbaycanın təkcə regionda deyil, beynəlxalq müstəvidə mövqelərinin güclənməsi də TDT çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə sıx bağlıdır:
"Hərbi əməkdaşlığın artıq real və praktik mərhələyə keçməsi təqdirəlayiqdir və bu istiqamətdə addımların atılması mütləq lazımdır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 09 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər bu gune olan xeberler sonxeber.az bu gunun xeberleri haqqinda melumat