İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI

İllər sonra açılan "Kurtlar Vadisi Pusu" serialında Kazım Kaşifoğlu obrazını canlandıran aktyor Sedat Savtak qatıldığı televiziya proqramında rolu ilə bağlı diqqətçəkən məqamları bölüşüb. Aktyor canlandırdığı personajın real həyatdakı prototipindən çəkiliş prosesində xəbərsiz olduğunu bildirib.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, Türkiyədə Kaşif Kozinoğlu təhqiqatının yenidən gündəmə gəlməsi ilə bir dövrə damğasını vuran "Kurtlar Vadisi Pusu" serialındakı bəzi kadrlar və obrazlar dərhal diqqət mərkəzinə düşüb.
Serialda Kazım Kaşifoğlu obrazına həyat verən Sedat Savtak "CNN Türk" kanalında yayımlanan, Fulya Öztürkün təqdim etdiyi "Akıl Çemberi" proqramına qonaq olub. O, çəkiliş prosesi və obrazın hekayəsi barədə vacib açıqlamalar verib.
Layihəyə dəvət olunma prosesindən söhbət açan Sedat Savtak təklifin birbaşa istehsalçı heyətdən gəldiyini vurğulayıb:
"O şəxsləri elə o vaxt tanıdım. Mənə sadəcə bir obraz olduğunu, ekran işində nə qədər müddət yer alacağımı və xarakterin ümumi cizgilərini anlatdılar. Müqavilə bağlayıb işə başladıq. Biz aktyorlar obrazı ssenariyə uyğun şəkildə araşdırıb hazırlaşırıq. Mənə real həyatdakı Kozinoğlu haqqında heç bir məlumat verilməmişdi. Sadəcə xarakterin təsviri təqdim olundu, qalan hissəni çəkiliş meydançasında rejissorumuzla birgə formalaşdırdıq".
Roluna hazırlaşarkən özünə xüsusi brifinq verilmədiyini diqqətə çatdıran Savtak əlavə edib:
"Rolu özüm oxuyub mənimsədim. Obraz məxfi dövlət işləri və yeraltı aləmlə təmasda olan bir tip idi. Ssenari çərçivəsində də xarakter həmin xətt üzrə davam etdi".
Canlandırdığı Kazım Kaşifoğlu obrazının real həyatda MİT (Milli Kəşfiyyat Təşkilatı) əməkdaşı Kaşif Kozinoğlunu təmsil edib-etmədiyi ilə bağlı diskussiyalara da toxunan Savtak, çəkilişlər zamanı bundan xəbərsiz olduğunu qeyd edib:
"Bilmirdim, amma ssenarinin irəliləyən bölümlərində xarakterin fəaliyyət strukturunun MİT-lə bağlı olduğu aydınlaşırdı. Lakin onun MİT-dəki dəqiq mövqeyi ssenaridə nə yazılmışdısa, sadəcə ondan ibarət idi. Məhkəmə prosesi başlayanda və ya xəbərlər işıqlandırılanda qəzetlərdə bu cür müqayisələr, bənzətmələr aparıldı. O vaxtlar onların eyniləşdirilməsi mümkün deyildi. Oxuduğum ssenariyə əsasən bunun o olub-olmaması ağlıma gəlməmişdi, yaxın çevrəmdən də heç kim bu oxşarlığı diqqətimə çatdırmamışdı".

Hadisə       Tarix: 20 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şəhid Əli Heydərovun atası vəfat etdi

Abşeronda şəhid atası vəfat edib. KONKRET.azxəbər verir ki, şəhid Əli Heydərovun atası İntiqam Heydərov dünyasını dəyişib. Qeyd edək ki, Əli Heydərov 1997-ci il mayın 10-da Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. 

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Floridada təyyarə qəzası: milyonçu və ailəsi həlak oldu

Amerikanın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində doqquz nəfər, o cümlədən texnologiya sahibkarı Adam Robinson, onun həyat yoldaşı və iki azyaşlı uşağı həlak olub. KONKRET.azreport-a istinadla xəbə

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.  ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az havanın temperaturu cəbhədən canlı son.xeberler