"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir"
Bunu politoloq Elçin Xalidbəyli azxeber.com-a açıqlamasında deyib. 
O qeyd edib ki, bir sutkaya belə çatmayan antiterror əməliyyatı nəticəsində Azərbaycanın əsas probleminə çevrilmiş erməni terrorizmi sıradan çıxarıldı:
"44 günlük savaş nəticəsində Azərbaycan Ermənistan üzərində tarixi qələbə qazanmışdır. Ancaq bu tarixi qələbə Azərbaycanın əsas probleminin tam həll olunması ilə nəticələnməmişdir. Yəni Azərbaycanın Qarabağ bölgəsində hələ də erməni terrorçu-separatçı rejimi mövcud idi və Rusiya sülhməramlı qüvvələri də onları himayə edirdi. Ancaq bir sutkaya belə çatmayan antiterror əməliyyatı nəticəsində onilliklər boyu Azərbaycanın əsas probleminə çevrilmiş erməni terrorizmi və separatizmi birdəfəlik sıradan çıxarıldı. Ardınca Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisindən getməyə məcbur oldu və bununla da Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etmiş oldu".
Politoloq vurğulayıb ki, BMT-nin onilliklər boyu yerinə yetirilməmiş dörd qətnaməsini Azərbaycan Ordusu icra etdi: 
"Ölkəmiz müstəqil olduqdan  30 il sonra Azərbaycan Konstitusiyası Azərbaycan ərazilərinin bütün hissələrində öz hökmünü bərqərar etmiş oldu. Bu, tarixi bir hadisədir. Bu, yüz illiklər boyu davam etmiş erməni terrorizmi ilə bağlı problemin birdəfəlik həll edilməsi deməkdir. Gələcək nəsillər bu tarixi qələbəni məmnuniyyətlə və şükranla yad edəcəklər. Tarixi qələbədə xidməti olan hər bir şəxs xatırlanacaq və heç vaxt unudulmayacaq. Yəni Azərbaycan Ordusu antiterror əməliyyatı ilə böyük bir zəfər qazanmaqla yanaşı, həm də dövlətin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və beynəlxalq hüquqla təsbit olunmuş bütün hüquqlarını bərpa etmiş oldu. BMT-nin onilliklər boyu yerinə yetirilməmiş dörd qətnaməsini məhz Azərbaycan Ordusu icra etdi. Eyni zamanda, ATƏT-in Minsk qrupunun onilliklər boyu Azərbaycan ərazilərinin Ermənistanın nəzarətində qalması üçün göstərdiyi cəhdləri də çökdürmüş oldu. 
"Üç həmsədr ölkəyə mesaj verildi ki, Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin qarşısında onların bu cəhdləri heç bir nəticə verə bilməz. Bundan sonra nə onlara, nə də onların sülh yaratma missiyasına ehtiyac yoxdur. Yəni bütün bunlar onu göstərir ki, antiterror əməliyyatı Azərbaycan dövlətinin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması prosesində son nöqtə idi. Ordumuz və dövlətimiz həmin son nöqtəni qoyaraq problemin həlli ilə bağlı yekun addımı atmış oldu",-deyə ekspert bildirib.
Şahanə Ziyad

Siyasi       Tarix: 21 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xeberler bugun 2026 iqtisadiyyat xeberleri bugun beynelxalq bank mezenne