Türk dünyasının birliyi möhkəmlənir

Türk dünyasının birliyi möhkəmlənirAzərbaycanın xarici siyasətində Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biridir. 6 iyul tarixində Azərbaycan Respublikasının təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, görüşün yekununa dair Bəyannamənin imzalanması türk dünyasının ürəyinin Qarabağla döyündüyünü nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin Zirvə görüşündəki çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı bir daha özündə ehtiva etdi.
TDT-nin ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Bunu Şuşada çıxışında qonaqların nəzərinə çatdıran dövlətimizin başçısı Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu xüsusi olaraq vurğuladı.
2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin  ölkəmizdə "Şuşa İli", həmçinin TÜRKSOY tərəfindən Şuşa şəhərinin  2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", ICESCO tərəfindən isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunması, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin,  türk dövlətlərinin birliyinin, həmrəyliyinin təqdimatı olan  Qarabağ Bəyannaməsinin məhz Qarabağın tacı Şuşada imzalanması mədəniyyət beşiyimizin ölkəmiz, eyni zamanda, türk dünyası üçün önəmini nümayiş etdirir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.
Dövlət başçısı çıxışında Türk Dövlətlər Təşkilatının cari büdcəsinin nəzərdə tutulan hədəfləri reallaşdırmaq üçün yetərsizliyi qeyd etmiş, bu günlərdə Azərbaycanın Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü söyləmişdir.
İlham Əliyevin çıxışında vurğuladığı digər önəmli məsələ isə Şərq – Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin qarşımızda duran başlıca prioritetlərdən biri olmasıyla bağlıdır. Belə ki, Orta Dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars  dəmir yolunun illik yükdaşıma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tonadək çatdırılmışdır. Digər tərəfdən Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Belə ki, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilməkdədir. Gələn ildən ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək, Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti isə 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəkdir.
Toplantıda diqqət çəkən bir məqamı da qeyd etmək istərdik. Belə ki, cari ildə Azərbaycan özünün, o cümlədən türk dünyasının növbəti uğuruna imza atacaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-a ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək."
Zirvə görüşündə digər türkdilli ölkələrin dövlət başçılarının çıxışında da bu çağırış əsas yer tutdu ki, türk dünyasının birliyi tarixi köklər üzərində daim yenilənməli, zaman-zaman daha da möhkəmlənməlidir. Bu birlik təkcə türk xalqlarının rifahına deyil, həm də dünyada sülhə, sabitliyə, dayanıqlı inkişafa mühüm töhfə olmalıdır.
TDT-nin Şuşa Zirvə görüşünün ən önəmli yekunu isə iştirakçıların imzaladığı Qarabağ Bəyannaməsidir. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktor əvəzi / azxeber.com

Siyasi       Tarix: 09 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler bu gunun xeberleri haqqinda melumat metbuat xeberleri xabar az