Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."

Türk düşmənləri Trampa qarşı birləşdi: ABŞ Konqresində Prezident Donald Tramp administrasiyasının Türkiyəyə qırıcı təyyarələr üçün mühərrik satışı və Ankaranın yenidən F-35 qırıcı proqramına qaytarılması ilə bağlı qərarını əngəlləməyə çalışacaqlar.
KONKRET.az xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.
Türk düşmənləri Trampa qarşı birləşdi: Bildirilir ki, Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Dina Taytus administrasiyanın Türkiyəyə silah tədarükü siyasətinə qarşı yönəlmiş iki ayrı təşəbbüsə rəhbərlik edir.
Birinci təşəbbüs Türkiyənin hazırladığı KAAN qırıcılarının təchiz edilməsi üçün nəzərdə tutulan General Electric F110 reaktiv mühərriklərinin satışının bloklanmasını nəzərdə tutur. ABŞ administrasiyası planlaşdırılan sövdələşmə barədə Konqresi iyunun 24-də rəsmi şəkildə məlumatlandırıb. ABŞ qanunvericiliyinə əsasən, hərbi texnikanın satışının qarşısını alan qətnamə Konqresin hər iki palatası tərəfindən qəbul edilməlidir. Lakin Prezident Donald Tramp həmin qərara veto qoya bilər. İkinci təşəbbüs çərçivəsində isə ABŞ Nümayəndələr Palatasında həm çoxluğun, həm də azlığın liderlərinə məktub göndərilərək administrasiyanın Türkiyəni yenidən F-35 proqramına qaytarması ehtimalına qarşı qətnamənin hazırlanması tələb olunacaq.
Türk düşmənləri Trampa qarşı birləşdi: ANCA ilə yanaşı, ABŞ-dakı yunan təşkilatları – Hellenic American Leadership Council (HALC) və American Hellenic Institute (AHI) də hər iki təşəbbüsü dəstəkləyirlər
ANCA-nın icraçı direktoru Aram Ambaryan bildirib:
"Ərdoğanı silahlandırmaqla biz dostumuzu qorumuruq. Əksinə, düşmənimizi silahlandırır və onu dostlarımıza qarşı aqressiyaya təşviq edirik".
Bundan əvvəl ABŞ mətbuatı Tramp administrasiyasının Türkiyəyə dəyəri 700 milyon dollardan artıq olan onlarla reaktiv mühərrikin satışını təsdiqləməyi planlaşdırdığını yazmışdı.
Türk düşmənlərinin bu təşəbbüsü hələlik Konqresin bəzi üzvlərinin siyasi addımıdır və satışın mütləq dayandırılacağı anlamına gəlmir. Qərarın qüvvəyə minməsi üçün həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul edilməsi tələb olunur. Bundan əlavə, Prezident Trampın veto hüququ mövcuddur və Respublikaçıların Konqresdəki mövqeyi nəzərə alınarsa, təşəbbüsün uğur qazanması asan görünmür.
Bununla belə, erməni və yunan lobbilərinin Türkiyənin müdafiə sənayesinin inkişafını, xüsusilə KAAN layihəsini və Ankaranın F-35 proqramına qayıtmasını əngəlləmək istiqamətində fəaliyyətini davam etdirdiyi görünür. Bu məsələ yaxın aylarda Vaşinqton-Ankara münasibətlərində əsas müzakirə mövzularından biri ola bilər.musavat.com

Siyasi       Tarix: 29 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az