Türk generaldan Ermənistana XƏBƏRDARLIQ: Başda öz xalqı olmaqla...
Ermənistan daha çox cinayət işləmədən işğal etdiyi torpaqları dərhal boşaltmalıdır.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Qoşun komandanlarının videokonfrans formatındakı iclasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edən nazir bildirib ki, Türkiyə Azərbaycanın haqlı davasında qardaşının yanındadır: "Terror təşkilatı ilə belə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayınca, əvvəl yalanlarla təxribatlara sarıldı. Hamısının da yalan olduğu qısa müddət sonra üzə çıxdı. İndi də barbar formada və terrorçu kimi məsum sakinlərin yaşadığı bölgələri hədəf alır. Ermənistan dinc sakinləri hədəf alaraq bu çəkildə müharibə cinayəti işləyir. Bu, hamı tərəfindən bilinməlidir".
Akar qeyd edib ki, uşaq, qadın və qoca demədən məsum əhalini açıq şəkildə hədəf alan Ermənistan hökuməti başda öz xalqı olmaqla, mütləq vicdanlar qarşısında ittiham olunacaq.
Türk general vurğulayıb ki, Ermənistan terror təşkilatları ilə əməkdaşlığını dərhal sonlandırmalı və terrorçuları bölgədən çıxarmalıdır: "Ayrıca, 30 il boyunca işğala səssiz qalanlar Ermənistanın bu üzünü görməli və işğal olunan torpaqların real sahiblərinə verilməsi üçün təşəbbüs göstərilməlidir".
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA