Türk generalın sensasion tələbi – Bakının "həmləsi" Yaxın Şərqdə tətbiq olunur?
KONKRET.az xəbər verir ki, globalinfo.az siyasi şərhçi Kənan Novruzovun müsahibəsini təqdim edir:
– Türkiyənin müdafiə naziri Yaşar Gülər "Röyter"ə müsahibəsində deyib ki, Türkiyə və Suriya müdafiə nazirlikləri arasında görüş ola bilər. Məlum olduğu kimi, daha əvvəl oxşar formatda görüş Moskvada da olub. Bu görüşlər Türkiyə-Suriya münasibətlərinə necə təsir edəcək?
– Türkiyə və Suriya-Bəşər Əsəd rejimi arasında münasibətlərin normallaşması istiqamətində uzun müddətdir addımlar atılır. Bu, Türkiyənin müasir xarici siyasətinin əsas istiqamətlərindən biridir. Rusiya da bu prosesdə vasitəçilikdə maraqlıdır. Çünki Türkiyə və Suriya münasibətlərinin normallaşması perspektivdə ABŞ-ın Suriya ilə bağlı oyunlarının pozulması deməkdir. Yəni rəsmi Vaşinqtonun Dəməşqə təsir imkanı minimuma enəcək.
Ona görə də belə müntəzəm görüşlər keçirilir. Perspektivdə müdafiə nazirlikləri səviyyəsində görüşlərin keçirilməsi mümkündür.
– Yaşar Gülər həmçinin Türkiyənin Suriya ərazisindən çıxmaq üçün şərtlərini açıqlayıb. Onun sözlərinə görə, yeni konstitusiya qəbul edilməli, seçkilər keçirilməlidir. Bu təklifləri necə dəyərləndirirsiniz?
– Türkiyənin Suriyadan çıxması prioritet deyil. Yaşar Gülərin səsləndirdiyi şərtlərin – konstitusiyanın dəyişdirilməsi və sərhədlərin təhlükəsizliyinin təmin olunması asan məsələ deyil. Ermənistan nümunəsindən (rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir – red.) də aydın olduğu kimi, konstitusiya dəyişikliyi istənilən ölkə üçün yeni mərhələnin başlanmasıdır və bu, daxili gərginliyə səbəb ola bilər. Türkiyə konstitusiya dəyişikliyi fonunda elə tələblər irəli sürüb ki, rəsmi Ankaranın Suriyadan çıxmamasına hesablanıb.
Türkiyənin Suriyada qalması ölkə daxilində hakimiyyət əleyhinə fikirlərə səbəb olur. Lakin bu, xarici siyasət və Türkiyənin təsir dairəsinin genişlənməsi, ABŞ-ın Suriyada Ankara əleyhinə terror yuvası qurmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
– Türkiyə müdafiə naziri Ankaranın NATO-nun güclü olmasını istədiyini bildirib. Onun sözlərinə görə, Ankara Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrin inkişafında maraqlı olsa da, prioritet NATO-dur. Bunun səbəbi nədir?
– Türkiyə NATO-nun əsas aktorlarından biridir. Son zamanlar Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqazda baş verən proseslər bəzi NATO müttəfiqləri və Türkiyə arasında gərginlik yaradır. Xüsusilə də ABŞ və Fransa. Bu iki ölkədən fərqli olaraq Türkiyənin sözügedən ərazilərlə bağlı siyasəti fərqlidir. Türkiyə rəsmi Vaşinqton və Parisdən fərqli olaraq Cənubi Qafqazda sülh, sabitlik istəyir, Şərqi Avropadakı müharibəyə neytral yanaşır. Yaxın Şərqdə də HƏMAS və Fələstini İsrailə qarşı dəstəkləyir.
Türkiyə və Yunanıstan arasındakı gərginliklər NATO daxilində müəyyən ziddiyyətlərə səbəb olur. Proseslər belə davam edərsə, Alyansın zəifləməsi də istisna deyil. NATO müttəfiqi olan ölkələrin təşkilatdan çıxması da gözləniləndir. Çünki onların öz xarici siyasət kursları var. Bəzən bu, Alyansın xarici siyasət kursunu dəstəkləmir. Türkiyə buna nümunədir. Perspektivdə Türkiyənin NATO-dan çıxması mümkündür.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar